Muzeylər arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb...

27 Noyabr-27 Noyabr, 2019

Keçirilmiş

Cari ilin 27 noyabr tarixində Azərbaycan Milli İncəsənət Muzeyi və A.Kasteyev adına Qazaxıstan Respublikasının Dövlət İncəsənət Muzeyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Tədbir MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq  Fondunun maliyyə və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə 25-28 noyabr tarixlərində Bakıda keçirilən “Sərhədsiz incəsənət” adlı beynəlxalq seminar çərçivəsində baş tutub.

Hər iki nüfuzlu dövlət  incəsənət muzeyi bir neçə istiqamətdə qarşılıqlı səmərəli  əməkdaşlıq əlaqələrinin qurulması üçün müvafiq şəraitin yaradılması haqqındaöz üzərilərinə öhdəlik götürüblər. Sazişə əsasən, birgə elmi-tədqiqat işinin aparılması,  mədəni-maarifləndirici layihələrinin  hazırlanması və realizasiyası; birgə elmi proqramların keçirilməsi; işgüzar görüşlərin təşkil edilməsi; elmi informasiyanın, sənədlərin, ədəbiyyat və biblioqrafik nəşrlərin, eləcə də alim və mütəxəssislərin mübadiləsi və s. Tərəflər əməkdaşlıq, mədəni irsin öyrənilməsi və geniş vüsət alması, o cümlədən elmi və mədəni əlaqələrin gücləndirilməsi üçün qarşılıqlı maraqların olduğunu vurğuladılar.

Azərbaycan Milli İncəsənət Muzeyi (http://nationalartmuseum.az/) 1936-ci ildə yaradılmışdır.  Milli və dünya xalqları mədəniyyəti arasında körpü rolunu oynayan Azərbaycan Milli İncəsənət Muzeyinin fondlarında 19 mindən artıq əsər mövcuddur. Muzeyin eksponatları bir çox beynəlxalq sərgilərdə iştirak edib.Bu sənət məbədində Azərbaycanın görkəmli sənətkarlarına həsr olunmuş sərgilər, tarixi günlər və əlamətdar hadisələrlə bağlı tədbirlər keçirilir. Uşaqlar üçün ustad dərsləri və maarifləndirici ekskurisyaların da daxil olduğu çoxsaylı proqramlar reallaşdırılır. Muzey 2016-cı ildən fondlarında qorunub saxlanılan əsərlərin xüsusi bədii formatda təqdim edildiyi “Dünya incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” geniş miqyaslı layihəsini həyata keçirir. Burada, o cümlədən mədəniyyət və incəsənət sahəsində mütəxəssislərin diqqətini cəlb edən mühüm tədbirlər keçirilir. Muzeyin birinci korpusunda “Azərbaycan incəsənəti minilliklər boyu” və XX əsr Azərbaycan görkəmli rəssamlarının əsərlərindən ibarət  daimi ekspozisiya, digər binasında isə Qədim Misir və Roma, Şərq və Asiya, Avropa və Rus incəsənətinin müxtəlif dövr, çeşid və üslublarını  özündə ehtiva edən  daimi ekspozisiya təqdim olunub.

A.Kasteyev adına Qazaxıstan Respublikasının Dövlət İncəsənət Muzeyi 1976-ci ildə yaradılıb və Qazaxıstanın ən böyük bədii muzeyi, eləcə də aparıcı elmi-tədqiqat və mədəni-maarifçilik mərkəzidir. Muzeyin koleksiyasında qazax və dünya incəsənəti yer alır. 14 sərgi zallarının 11-ində daimi ekspozisiya tamaşaçılara təqdim olunur: Qazaxıstanın müasir heykəltəraşlığı, A. Kasteyevin memorial zalı, qazax xalq tətbiqi-sənəti, Qazaxıstanın təsviri incəsənəti , rus incəsənəti, Qərbi-Avropa incəsənəti, Sovet dövrü incəsənəti, Şərq incəsənəti. Sənətşünaslıq, muzeyşünaslıq nəzəriyyəsi, o cümlədən sənət əsərlərinin qorunması və konservasiyasında  tətbiqi və fundamental elmi  tədqiqatlar muzey işinin mühüm istiqamətidir.

“Sərhədsiz incəsənət” adlı beynəlxalq seminarının bütün iştirakçıları və qonaqların iştirakı ilə təntənəli mühitdə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev və A.Kasteyev adına Qazaxıstan Respublikasının Dövlət İncəsənət Muzeyinin direktoru, professor, Qazaxıstan Respublikasının Əməkdar incəsənət xadimi Gülmira Şalabayeva rəhbərlik etdikləri muzeylər adından əməkdaşlıq haqqında Memorandum imzaladılar.

Azərbaycan Milli İncəsənət Muzeyi Luvr Muzeyi (Fransa), Dövlət Ermitaj Muzeyi (Sankt-Peterburq, Rusiya), Belarusiya Respublikasının Milli İncəsənət Muzeyi, Gürcüstanın Dövlət Muzeyi, T.Şevçenko adına Milli Muzeyi (Ukrayna), Berlin Milli Muzeyi (Almaniya), Qazaxıstan Təsviri Sənət Muzeyi, Pinacoteca di Brera Qalereyası (Milan, İtaliya), Moldova Respublikasının Milli Təsviri İncəsənət Muzeyi və digər aparıcı muzeylərlə əməkdaşlıq haqqında müqavilə və memorandumlar bağlayır. 

Son Sərgilər

"Qan yaddaşımız" adlı sərgi...

Ətraflı...

Bədii Lövhələr:Tahir Salahov-Eyfel Qüllə...

Ətraflı...

Xalq rəssamı Nadir Qasımovun 90 illik yu...

Ətraflı...

Yeni il möcüzəsi...

Ətraflı...