Yeni il möcüzəsi...

01 Dekabr-13 Yanvar, 2020

Hal hazırda keçirilir

Bəyaz libasa bürünmüş dekabr, şaxtalı yanvar, sərt fevral...Havada uçuşan sehrli qar dənəcikləri, yaşıl şam ağacı, nəcib və məğrur marallar...Şaxta baba, Qar qızı, Qar adamı və əsl bayram əhval- ruhiyyəli Yeni il!

Milli İncəsənət Muzeyi kiçik ziyarətçiləri üçün “Yeni il möcüzəsi” adlı yeni tədbir proqramı təqdim edir. Müxtəlif yaşlı uşaqlar üçün tərtib olunmuş proqramda uşaqlar kölgə ilə həyat tapan sirlərlə dolu, həyəcanlı, eşq tərənnümlü və xoşbəxt sonluqla bitən “Şelkunçik” nağılını izləyəcək, bacarıqlı əlləri ilə öz yeni il aksesuarlarını hazırlayacaqlar və ya qışın simvolu olan  “Qış meşəsi” kompozisiyasını yaradacaqlar. Face-art zamanı əlvan boyaların köməyi ilə sevimli qəhrəmanlarının obrazına çevriləcəklər.

Həmçinin ziyarətçilərimiz istəkdən asılı olaraq şüşə və panno üzərində ağ örpəyə bürünmüş heyrətamiz və füsunkar “Sehrli qış” mənzərəsi yaradacaqlar.

Son Sərgilər

Yeni il möcüzəsi...

Ətraflı...

Muzeylər arasında əməkdaşlıq haqqında Me...

Ətraflı...

“Sərhədsiz incəsənət” adlı beynəlxalq se...

Ətraflı...

Məhsuldarlıq bayramı...

Ətraflı...