Şanlı vətən...

09 Noyabr-30 Noyabr, 2019

Keçirilmiş

Könlümün sevgili məhbubu mənim

Vətənimdir, vətənimdir, vətənim.

İnsan qəlbinin ən böyük nəğməsi Vətəndir. Əbəs yerə deyilməyib ki, Ana kimi yar olmaz, Vətən kimi diyar. Hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Az yaşlı ziyarətçilərimizdə vətənə, torpağa, el-obaya sevgi, məhəbbət hissini aşılamaq məqsədi ilə Milli İncəsənət Muzeyində mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir. Milli dəyərlərimizin təbliğ edildiyi Konstitusiya Günü və Milli Dirçəliş Günü münasibəti ilə noyabr ayı boyunca kiçik ziyarətçilərimiz üçün  “Şanlı vətən” adlı proqram təqdim edirik.

Maarifləndirici və əyləncə xarakterli ustad dərslərində balacalar Milli Dirçəliş Gününə həsr olunmuş mühazirəni dinləyəcək, Azərbaycan Respublikasının siyasi-inzibati xəritəsini panno və puzzle üzərində yaradacaq, eləcə də quruda, suda və havada daim vətənin keşiyində dayanan Azərbaycan Silahlı Qüvvələrinin simvollarından ibarət kompozisiyanı hazırlayacaqlar. Tədbirdə əsas məqsəd məktəblilərə ölkənin tarixini, müstəqilliyini, suverenliyini təbliğ etmək, gələcək nəsillərə vətənimizin keşiyində layiqincə durmağa, müstəqil dövlətimizin qədrini bilməyə səsləyir.

Son Sərgilər

Yeni il möcüzəsi...

Ətraflı...

Muzeylər arasında əməkdaşlıq haqqında Me...

Ətraflı...

“Sərhədsiz incəsənət” adlı beynəlxalq se...

Ətraflı...

Məhsuldarlıq bayramı...

Ətraflı...