Mədəni sərvətlərin qorunması mövzusunda seminar...

24 Oktyabr-25 Oktyabr, 2019

Keçirilmiş

24-25 oktyabr tarixlərində Azərbaycan Milli İncəsənət Muzeyində “Mədəni sərvətlərin silahlı münaqişələrin və digər fövqəladə halların mümkün təsirlərindən qorunması” adlı layihə keçirilir.

Rəsmi açılış mərasimi 24 oktyabr saat 11:00-da başlanacaqdır. Layihənin əsas məqsədi silahlı münaqişələr və fövqəladə hallarda mədəni sərvətlərin qorunması üçün strateji planlaşdırma, preventiv kompleks tədbirlərinin keçirilməsi, təhlükəsiz evakuasiyasını təmin etmək üçün müvafiq hədəf auditoriyasını hərtərəfli təlimatlandırmaq və bu sahədə mövcud beynəlxalq təcrübəni tətbiq etməkdir.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutan bu layihə YUNESKO-nun 2018-2019-cu illər üçün İştirak Proqramı çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən həyata keçirilir.

Tədbirdə müxtəlif qurumlar tərəfindən ölkəmizdə görülən müvafiq işlər haqqında ətraflı məlumat veriləcəkdir.

Sözügedən təqdimat mərasimi çərçivəsində YUNESKO və Beynəlxalq Muzeylər Şurasından (ICOM) dəvət edilmiş ekspertlərin iştirakı ilə ölkəmizdə 2 günlük seminarın açılışı da planlaşdırılır. Seminar çərçivəsində müxtəlif regionların, həmçinin sərhədyanı bölgələrin muzey əməkdaşlarına fövqəladə hallarda mədəni sərvətlərin düzgün evakuasiyasına dair müvafiq təlimatlar veriləcəkdir.

Həmçinin, mərasimdə layihə çərçivəsində yaradılmış veb sayt, İCCROM (Mədəni Sərvətlərin Qorunması və Bərpası üzrə Beynəlxalq Tədqiqatlar Mərkəzi) və YUNESKO-nun Misir Mədəni İrsinin Qorunması Fondunun birgə əməkdaşlığı çərçivəsində Azərbaycan dilinə tərcümə olunmuş “Təhlükədə olan irs və muzey sərvətlərinin təxliyə qaydaları” adlı məlumat kitabının da təqdimatı keçiriləcəkdir.

Son Sərgilər

Yeni il möcüzəsi...

Ətraflı...

Muzeylər arasında əməkdaşlıq haqqında Me...

Ətraflı...

“Sərhədsiz incəsənət” adlı beynəlxalq se...

Ətraflı...

Məhsuldarlıq bayramı...

Ətraflı...