Beynəlxalq Heyvanlar Günü...

04 Oktyabr-31 Oktyabr, 2019

Keçirilmiş

Ana təbiətin ayrılmaz parçası  olan heyvanlar insanların ən itaətli dostlarıdır. 4 oktyabr – Heyvanların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Milli İncəsənət Muzeyi azyaşlı ziyarətçilərimiz üçün oktyabr ayı boyunca "World animal day" adlı tədbir proqramını təqdim edir!

Uşaqlarda heyvanlara qayğının vacibliyinin vurğulanması, xeyirxah davranmağı təmin etmək, mərhəmət və şəfqət hissinin aşılanması məqsədi daşıyan proqramda uşaqlar müxtəlif heyvan növləri ilə tanış olacaq və əyləncəli ustad dərslərində iştirak edəcəklər. Sadiq dostluqdan bəhs edən "Kölgə tamaşası"nı izləyəcək, kiçik sehrli əlləri ilə suvenir və ya puzzle yaradacaqlar.

Həmçinin balaca tamaşaçılarımız Milli İncənənət Muzeyinin iki tarixi binasını ziyarət edəcəklər. Ekspozisiyasını bəzəyən milli və dünya bədii irsini yaşadan incilərin sehrinə qərq olaraq milli keçmişimizə və hər bir zalda müxtəlif ölkələrə möcüzəvi səyahət edəcəklər.

Əziz balalar, hər birinizi "Beynəlxalq Heyvanlar Günü" proqramımıza dəvət edirik!

Son Sərgilər

Şanlı vətən...

Ətraflı...

"Zamanın pillələri ilə"...

Ətraflı...

Mədəni sərvətlərin qorunması mövzusunda ...

Ətraflı...

Milli Müstəqilik Günü ...

Ətraflı...