Beynəlxalq Musiqi Günü...

01 Oktyabr-20 Oktyabr, 2019

Hal hazırda keçirilir

“Duyğularımı şairanə şəkildə ifadə edə bilmərəm, çünki şair deyiləm; özümü işıq-kölgə ilə təsvir edə bilmirəm, çünki rəssam deyiləm; hiss və düşüncələrimi hərəkətlərlə göstərə bilmərəm, çünki bir qəqqas deyiləm.Lakin bunların hamısını musiqi ilə izhar edə bilərəm. Mən musiqiçiyəm”.

Avstriyalı dahi bəstəkar Volfqanq Amadey Motsar.

Musiqi intəhasız, heç bir ölçüyə sığışmayan, insanın ruhuna məlhəm olan sehrbazlığın ən güclü formasıdır. 1 oktyabr - Beynəlxalq Musiqi Günüdür. UNESCO-nun qərarı ilə 1975-ci ildən qeyd edilən bu gün bütün musiqisevərlər üçün əsl bayramdır. Bu əlamətdar günlə bağlı olaraq Azərbaycan Milli İncəsənət Muzeyi “Dünya Musiqi Günü” adlı yeni tədbir proqramı təqdim edir.

Proqramında kiçik ziyarətçilərimiz dünyaca məşhur sənətkarlarının əsərlərini dinləyəcək, dünya musiqi atətləri ilə tanış olacaq, kiçik sehrili əlləri ilə “Mini orkestr” kompozisiyasını və yaxud musiqi alətlərinin imitasiyasını quaş və akril boyalarla yaradacaqlar.

Milli və dünya musiqi xəzinəsinin bənzərsiz incilərinin ifa olunduğu “Musiqili art terapiya”da iştirak edəcəklər. Eləcə də, uşaqlar Milli İncənənət Muzeyinin iki tarixi binasını ziyarət edəcək, milli və dünya bədii irsini yaşadan incilərin sehrinə qərq olaraq milli keçmişimizə və müxtəlif ölkələrə möcüzəvi səyahət edəcəklər.

Əziz balalar, hər birinizi bir-birindən əyləncəli və maarifləndirici ustad dərslərinin keçirildiyi “Dünya Musiqi Günü” proqramına qoşulmağa dəvət edirik.

Təqdim olunan xidmətlərin yüksək keyfiyyətdə həyata keçirilməsi üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur.

 

Son Sərgilər

Fəxri İncəsənət və Ədəbiyyat Kavaleri or...

Ətraflı...

Azərbaycan-Türkiyə sərgisi...

Ətraflı...

İsrailli fleyta ifaçısı Anatoli Koqanın ...

Ətraflı...

World Animal Day ...

Ətraflı...