Milli Musiqi Günü ...

18 Sentyabr-18 Sentyabr, 2019

Keçirilmiş

18 sentyabr – dünya şöhrətli azərbaycanlı bəstəkar, dramaturq, pedaqoq, milli musiqimizin inkişafında misilsiz xidmətləri olmuş Üzeyir Hacıbəyovun doğum günüdür. Böyük bəstəkarın doğum günü ölkəmizdə Milli Musiqi Günü kimi qeyd edir.

Üzeyir Hacıbəyovun anadan olmasının 134-cü ildönümü və Milli Musiqi Günü münasibəti ilə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət naziri Əbülfəs Qarayev, Milli İncəsənət Muzeyinin direktoru professor Çingiz Fərzəliyev, Azərbaycanın xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqiçilər Azərbaycan Milli İncəsənət Muzeyinin bağında sərgilənən güllələnmiş heykəllərini ziyarət etdərək böyük bəstəkarı yad etdilər.

Mərasimdə Mədəniyyət naziri Əbülfəs Qarayev hər il olduğu kimi, bu il də dahi bəstəkarın doğum günü ölkəmizdə təntənə ilə qeyd edildiyini vurğuladı: “Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvəti, milli iftixarıdır. Biz fəxr edirik ki, Azərbaycan musiqisi böyük beynəlxalq festivallarda təmsil olunur, yüksək səviyyədə qarşılanır. İnanıram ki, Azərbaycan xalqı yenə də dünyaya Üzeyir Hacıbəyov kimi böyük sənətkarlar bəxş edəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasəti nəticəsində Üzeyir Hacıbəylinin, Xurşudbanu Natəvanın, Bülbülün heykəlləri Şuşada yenidən ucaldılacaq. Biz var qüvvəmizlə çalışacağıq ki, o torpaqlar qaytarılsın və dahi Üzeyir bəyin vətənində onun musiqiləri səsləndirilsin".

Son Sərgilər

Fəxri İncəsənət və Ədəbiyyat Kavaleri or...

Ətraflı...

Azərbaycan-Türkiyə sərgisi...

Ətraflı...

İsrailli fleyta ifaçısı Anatoli Koqanın ...

Ətraflı...

World Animal Day ...

Ətraflı...