"Musiqi Xəzinəsi"...

18 Sentyabr-04 Oktyabr, 2019

Keçirilmiş

İncəsənət növləri arasında ən ali yeri heç şəksiz musiqi sənəti tutur.  Hər bir incəsənət sahəsinin öz dili və ifadə vasitələri vardır. Rəngkarlıqda boya və xətlər, ədəbiyyatda sözlər, musiqisi isə melodiyaların köməyi ilə gerçəkliyi bədii şəkildə ifadə edir. Uşaqlarımızın bədii-estetik tərbiyəsində və mədəni təfəkkürünün formalaşmasında musiqinin rolu əvəzsizdir.

Mədəniyyət tariximizin əlamətdar səhifəsi olan 18 sentyabr- Milli Musiqi Günü münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyi kiçik ziyarətçiləri üçün “Musiqi Xəzinəsi” adlı yeni silsilə proqramlarını təqdim etdi.

Tədbir proqramında kiçik ziyarətçilərimiz çalğı alətləri mövzusuna həsr olunmuş mühazirəni dinləyib,  Azərbaycanın milli musiqi alətləri olan tar, kamança və qaval - “Muğam üçlüyü” kompozisiyasını yaratdılar. Eləcə də,  Azərbaycanın milli musiqi alətlərinin imitasiyasını quaş və akril boyalarla yaratdılar. Çoxəsrlik inkişaf yolu keçmiş Azərbaycan musiqimizi doğma musiqimizi təbliğ etmək, tanıtmaq, milli musiqi alətlərimizə sevgi aşılamaq məqsədilə balaçalara “Musiqili art terapiya” təqdim olundu. Həmçinin, uşaqlar Milli İncənənət Muzeyinin iki tarixi binasını ziyarət edərək, interaktiv ekskursiya zamanı kvestdə iştirak etdilər.

Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının şagirdləri xalq və klassik musiqi nümunələrinin səsləndiyi konsert proqramı ilə tədbirə özünəməxsus ovqat bəxş etdilər.

Respublika İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova başda olmaqla,  gimnaziyanın müəllim və şagird heyyətinə xüsusi minnətdarlığımızı bildiririk.

Son Sərgilər

Fəxri İncəsənət və Ədəbiyyat Kavaleri or...

Ətraflı...

Azərbaycan-Türkiyə sərgisi...

Ətraflı...

İsrailli fleyta ifaçısı Anatoli Koqanın ...

Ətraflı...

World Animal Day ...

Ətraflı...