"Best of museum"...

16 Iyul-31 Avqust, 2019

Keçirilmiş

Kiçik ziyarətçilərimizin yay tətilini unudulmaz və yaddaqalan etmək, onların səmərəli vaxt keçirtmələri və intellektual inkişafı məqsədilə Azərbaycan Milli İncəsənət Muzeyi “Best of museum” şüarı ilə geridə qoyduğumuz ilin ən yaxşı ustad dərslərini bir araya toplayaraq proqram toplusunu təqdim edir.

Kiçik ziyarətçilərimiz “Musiqi Palitrası”, “Sehrli Buta”, “World Animal day”, “Month of Enlightenment” və “Bədii lövhələr” silsiləsinin daxil olduğu  proqramlardan birini seçmək bir-birindən rəngarəng və əyləncəli ustad dərslərində iştirak etmək fürsəti təklif olunur.

Balacalar bu yay tətilində təsviri sənətin müxtəlif janrlarını kəşf edəcək, muzeyin ekspozisiyasında sərgilənən milli-mədəni sərvətlərimiz ilə yanaşı yenicə istifadəyə verilmiş, xalq arasında “De Burun sarayı" kimi tanınan yeni binasında Qərbi Avropa və Şərq incəsənətinin müxtəlif dövr, çeşid və üslublarını özündə ehtiva etdirən misilsiz bədii incilərlə tanış olacaq, dünya  incəsənəti haqqında dolğun və ətraflı təsəvvür əldə edəcəkllər.

Uşaqların yaradıcılıq bacarıqlarının inkişafı və tarixi-mədəni dəyərlərimizi təbliğ edən “Best of museum” adlı proqramda iştirak etmək üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur.

 

Son Sərgilər

Fəxri İncəsənət və Ədəbiyyat Kavaleri or...

Ətraflı...

Azərbaycan-Türkiyə sərgisi...

Ətraflı...

İsrailli fleyta ifaçısı Anatoli Koqanın ...

Ətraflı...

World Animal Day ...

Ətraflı...