“Sənətin Məcnunu” ...

18 May-19 May, 2019

Keçirilmiş

Azərbaycan Milli İncəsənət Muzeyində ilk dəfə keçirilmiş “Sənətin Məcnunu” layihəsinin premyerası, görkəmli Ustad Səttar Bəhlulzadənin anadan olmasından 110-illik yubleyinə həsr olunmuşdur. Səttar Bəhlulzadənin yaradıcılığı təkcə vətəndə deyil, eləcə də xaricdə tanınır və sevilir. Tanınmış Azərbaycanlı rəssamın əsərləri tamaşaçılar və tənqidçilər tərəfindən diqqətdən kənar qalmamış, daima əsərləri xüsusi rəğbətlə qarşılanmışdır. Şübhəsiz Səttarın istedadı, özünəməxsus dəsti-xətti, fərdi texnikası, unikal palitrası olmuşdur.Səttar Bəhlulzadə yaradıcılığı Azərbaycanın müasir rəngkarlıq tarixinin xüsusi və parlaq səhifələrindəndir. 
Səttar Bəhlulzadənin əsərlərini çox yaxşı tanımaqla yanaşı, biz rəssamın yaradıcılıq taleyinin başlanğıcı haqqında az məlumata malikik. Azərbaycanın hansı dahi mütəfəkkiri Ustadın dünya görüşünə, baxışlarına təsir edib və nə üçün bizim hər birimizə Səttarın əsərlərinin ehtirası, qeyri adi lirikası, ifadə qüvvəsi bu qədər yaxın və anlaşılandır. 
Dünyanın ən böyük muzeylərinin təcrübəsindən istifadə edərək, Azərbaycan Milli İncəsənət Muzeyi - Azərbaycan Gənc Tamaşaçılar Teatrı və Pantomima Teatrının bədii kollektivləri birgə orijinal teatr tərtibatı təşkil edərək, Ustadın incə ştrixlərlə işlənilmiş portreti, həyatı və yaradıcılığı haqqında canlı hekayə təqdim edəcəklər. Pantomim sənətinin zəngin emosional palitrası, sözsüz dil, hər kəsin anladığı universal dil olaraq, təsadüfən seçilməyib. Beləliklə, Səttar Bəhlulzadə xaricdən dinməz və özünəqapanmış, daxilən isə güclü, romantik, rəhmli, alicənab, ədalətli, həyatı sevən biri idi. Həyat ona min əziyyət yaşatsa da, rəssam yüksək Yaradıcılıq Ruhu ilə ölümsüz əsərlər yaratmışdır. 
İdeya- Azərbaycan Milli İncəsənət Muzeyi 
Kompozisiyanın bədii rəhbəri – Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyoru, əməkdar artisti Nofəl Vəliyev 
Ssenari müəllifi və quruluşçu rejissor – Azərbaycan Dövlət Pantomima Teatrının aktyoru, əməkdar artisti Bəhruz Vaqif oğlu 
Rollarda: 
Bəhruz Vaqif oğlu 
Hilal Dəmirov 
Leyla Atayeva 
Tamaşada Qara Qarayev, Fikrət Əmirov, Aqşin Əlizadənin musiqi əsərləri səslənir 
Poeziya: Bəxtiyar Vahabzadə, Mikayıl Müşfiq

Son Sərgilər

Alman incəsənəti Milli İncəsənəti Muzeyi...

Ətraflı...

Uşaqların Beynəlxalq Müdafiəsi Günü...

Ətraflı...

"Mənə dünyanı çək" ...

Ətraflı...

Professor Çingiz Fərzəliyev "Simurq"meda...

Ətraflı...