Professor Çingiz Fərzəliyev "Simurq"medalı ilə təltif edildi...

23 May-23 May, 2019

Keçirilmiş

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev “Azərbaycanda təsviri incəsənətin inkişafında, milli-mədəni irsimizin qorunması və xarici ölkələrdə təbliği sahəsində böyük xidmətlərinə, Respublikada layiqli, “yüksəkmədəniyyətli insanlar cəmiyyətinin” inkişafına verdiyi töhfəyə və şəxsi mədəniyyətinə görə” “Simurq” beynəlxalq medalı ilə təltif olundu.

Seminarı "Simurq” Azərbaycan Assosiasiyasının prezidenti Fuad Məmmədov “Azərbaycanda yüksəkmədəniyyətli, layiqli insanların inkişafı” adlı mövzusunda məruzəsi ilə seminarı açdı. “İnsan yalnız vətəndaş deyil, eləcə də alicənab, humanist, vətənpərvər kimi insani keyfiyyətlərə sahib olmalıdır. O, Vətənə və bəşəriyyətə xidmət etməlidir. Bu kimi insanı keyfiyyətlər hər kəs sahiblənməlidir. Azərbaycan incəsənəti bütün dünyada tanınır. O misilsizdir. Bu məkanda incəsənəti yaradan və yaşadan insanlar əyləşiblər:” nitqinə başlayan Fuad Məmmədov qan qohumluğunun önəmli, lakin qəlb qohumluğunun daha mühüm amil olduğunu fikrini irəli sürdü. Çıxışına bu sözlərlə davam etdi: “Bugünki tədbirimiz Azərbaycan incəsənət həsr olunub. Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professoru Çingiz Fərzəliyevin “Azərbaycanda təsviri incəsənətin inkişafında, milli-mədəni irsimizin qorunması və xarici ölkələrdə təbliği sahəsində böyük xidmətlərinə, Respublikada layiqli, “yüksəkmədəniyyətli insanlar cəmiyyətinin” inkişafına verdiyi töhfəyə və şəxsi mədəniyyətinə görə” “Simurq” beynəlxalq medalı ilə təltif olunması tədbirin kulminasiya nöqtəsi olacaq.”

Fuad Məmmədov sözü “Azərbaycan incəsənəti: dünən, bu gün, sabah” adlı mühazirəsi ilə çıxış edəcək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimovaya verdi. Sevil xanım çıxışına bu sözlərlə başladı: "Muzeyin divarları mənə çox əziz və doğmadır. Muzey yalnız sənətşünasların üçün deyil, bütün sənətsevərlər üçündür. Muzey bizləri emosional duyuma, insanlarla ünsiyyətə və incəsənət əsərləri ilə dialoqa səsləyir.” Sevil xanım çıxışında Çingiz Fərzəliyevə rəhbərlik etdiyi muzeyin divarları arasında onun təşəbbüsü ilə həyata keçirilən seminara görə xüsusi minnətdarlığını bildirdi. Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova “Azərbaycan incəsənəti: dünən, bu gün, sabah" mövzusu konteksində ənənəlik və müasirlik prinsipi üzrə inkişaf edən və tarixi köklərə əsaslanan Azərbaycan mədəniyyəti və incəsənətinin müasir dövrdə rolu mövzusuna toxunaraq “keçmişdən nə mənimsəyib, gələcəyə nə ötürürük?” sualı ilə mühazirəsinə keçid etdi.

“İçərişəhər” Muzey Mərkəzinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əminə Məlikova “Azərbaycan mədəniyyətinin inkişafında Azərbaycan Milli İncəsənət Muzeyinin rolu” adlı mühazirəsində şəxsiyyətin və cəmiyyətin inkişafında muzeyin tutduğu mühüm mövqedən bəhs etdi. Xüsusilə vurğuladı ki, müasir dünyanın insan qarşısına qoyduğu problemlərin həllində, nəinki həyat təcrübəsi, eləcə də nəsillərin yaddaşına istinad edir. Məhz bu yaddaş ülvi hisslərdən doğan insanların qarşılıqlı münasibətlər mühütində yaranıb. Bu hisslərin dərki bizi Homo Sapiens- ağıllı edir. Ağıllı! Dərk edən və incəsənət vasitəsilə yaradan. Fondlarında incəsənət əsərlərini qorunub saxlayan, biləvasitə insan qəlbinə toxunan, onun mənəvi qidası olan muzeylərin varlığı zəruridir.

Əminə xanım çıxışında Azərbaycan Milli İncəsənət Muzeyinin üçünçü binasının (de Burun malikanəsi) açılışı ilə genişlənən fəaliyyətini yüksək qiymətləndirdiyin bildirdi. Yenilənmiş daimi ekspozisiya zallarında Asiya, Avropa, Şərq ölkələri, Rusiya, eləcə də Qədim Misir, Yunan və Roma incəsənətinin bədii inciləri təqdim edilir. Artıq birinci korpus (Mariinski qadın gimnaziyası) zaman və nəsilərin yaddaşının qırılmaz əlaqələrindən doğan izlərin hopduğu Azərbaycan incəsənəti “məxsus” dur. Məhz bu mövzu seminarın özülü oldu. Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyevin parlaq fəaliyyətini təqdir edərək, onun muzey rəhbəri olaraq Respublika qarşısında olan mühüm öhdəliyini tam dərk etdiyini xüsusi vurğuladı. Xüsusilə onun əsas funksiyalarından biri - tərbiyədir. “Bu məsələdə hər məntiqli təşəbbüsü böyük vəchlə qəbul edir.” Çingiz Fərzəliyevin kuratorluğu ilə çoxsaylı sərgilər, o cümlədən yüksək səviyyəli beynəlxalq layihələr baş tutub. 2017-ci ildən muzeyin direktorunun təşəbbüsü ilə “Dünya incəsənəti Azərbaycan Milli İncəsənət Muizeyinin kolleksiyasından” adlı coğrafi sərgi silsiləsi həyata keçirilir. İdeyanın əsasında geniş ictimaiyyəti ayrı-ayrı ölkələrin incəsənəti ilə yaxından tanış etmək fikri durur. Artıq keçirilmiş sərgilər (Fransa və Yaponiya) bu kimi layihələrin yaş həddindən asılı olmayaraq cəmiyyət tərəfindən nə dərəcədə yüksək tələb gördüyünü göstərdi. Sonda “İçərişəhər” muzey mərkəzinin direktoru Ə.Məlikova Çingiz Fərzəliyevə gələcək fəaliyyətində müvəffəqiyətlər arzulayaraq, növbəti mükafatla təbrik etdi.

Fuad Məmmədovun bildirdiyi kimi Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professoru Çingiz Fərzəliyevin “Azərbaycanda təsviri incəsənətin inkişafında, milli-mədəni irsimizin qorunması və xarici ölkələrdə təbliği sahəsində böyük xidmətlərinə, Respublikada layiqli, “yüksəkmədəniyyətli insanlar cəmiyyətinin” inkişafına verdiyi töhfəyə və şəxsi mədəniyyətinə görə” “Simurq” beynəlxalq medalı ilə təltif olunması tədbirin kulminasiya nöqtəsi oldu. Əməkdar incəsənət xadimi, çoxsaylı beynəlxalq mükafatlar və fəxri adlar sahibi, muzeyin direktoru Çingiz Fərzəliyev onun fəalliyyətinə göstərilən diqqətə görə təşəkkür etdi. Çingiz Əbdül Məcid oğlu Respublika rəhbərliyinə muzey və Azərbaycan mədəni irsinə göstərilən diqqət və qayğıya görə bir daha dərin minnətdarlığını bildirdi. Daha sonra bu mükafatın muzeyin kollektivinə məxsus olduğunu xüsusilə dilə gətirdi.

Tədbirdə Muzey işi və mədəni şərvətlər şöbəsinin şöbə müdüri Azadə Hüseynova, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Fuad Salayev, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin professoru, Xalq rəssamı Arif Əziz, Azərbaycan Milli İncəsənət Muzeyinin direktor müavini Xədicə Əsədova, Azərbaycan Milli İncəsənət Muzeyinin baş mühafizi Nailə Rəhimova təbrik nitqləri ilə çıxış etdilər.

Son Sərgilər

"Zamanın pillələri ilə"...

Ətraflı...

Mədəni sərvətlərin qorunması mövzusunda ...

Ətraflı...

Milli Müstəqilik Günü ...

Ətraflı...

Fəxri İncəsənət və Ədəbiyyat Kavaleri or...

Ətraflı...