Bədii lövhələr: Səttar Bəhlulzadə ...

02 Aprel-30 Aprel, 2019

Hal hazırda keçirilir

Azərbaycan Milli İncəsənət Muzeyi Azərbaycan rəngkarlığının ölməz korifeylərinin yaradıcılığını yenidən yaşatmaq və yeni nəsilə tanıtmaq məqsədi ilə “Bədii lövhələr” adlı yeni layihəsini davam etdirir. Layihəmizin növbəti qonağı Azərbaycan rəngkarlığında özünəməxsus və təkrarolunmaz dəsti-xətti ilə seçilən , mənzərə janrının inkişafına böyük töhfələr vermiş şair ruhlu rəssam Səttar Bəhlulzadədir.

Kiçik ziyarətçilərimiz fərdi üslubu və orijinal dəsti-xətti ilə seçilən Səttar Bəhlulzadə yaradıcılığını təcəssüm etdirən bənzərsiz lövhələrlə tanış olacaq, eləcə də ustad dərslərində iştirak edərək rəssamın “Qovunlar” tablosunun variasiyasını yaradacaqlar. Həmçinin uşaqlar təsviri sənətin müxtəlif janrlarını kəşf edəcək, muzeyin ekspozisiyasında sərgilənən mədəniyyətimizin milli-mədəni sərvətləri ilə tanış olacaqlar.

Milli İncəsənət Muzeyi bütün azyaşlı sənətsevərlərini “Bədii lövhələr” adlı yeni layihədə iştirak etməyə dəvət edir. Təqdim olunan xidmətlərin yüksək keyfiyyətdə həyata keçirilməsi üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur.

Əlaqə telefonu: (+994 12) 492 07 07

Ustad dərslərimiz bazar ertəsi və bazar günləri istisna olmaq həftənin hər günü keçirilir.

Həftə içi günləri saat: 10.30-16.00

Şənbə günü:10.30-14.30

Son Sərgilər

Bədii lövhələr: Səttar Bəhlulzadə ...

Ətraflı...

İncəsənət Muzeyi aprel ayını “Maariflənd...

Ətraflı...

Fibonacci intellektual oyunu...

Ətraflı...

"Novruz Rəngləri" adlı xüsusi əyləncəli ...

Ətraflı...