Bədii lövhələr: Toğrul Nərimanbəyov...

08 Yanvar-15 Fevral, 2019

Keçirilmiş

Azərbaycan Milli İncəsənət Muzeyi Azərbaycan rəngkarlığının ölməz korifeylərinin yaradıcılığını yenidən yaşatmaq və yeni nəsilə tanıtmaq məqsədi ilə “Bədii lövhələr” adlı yeni layihə təqdim edir. Layihəmizi Şərq miniatür sənətinin dekorativliyi və Qərb incəsənətinin harmonik vəhdətindən ilham alan, Azərbaycan rəngkarlığında bənzərsiz üslubu ilə geniş şöhrət qazanan böyük sənətkarlardan biri Toğrul Nərimanbəyovla açıq elan edirik.

Kiçik ziyarətçilərimiz fərdi üslubu və orijinal dəsti-xətti ilə seçilən Nərimanbəyov dünyasını təcəssüm etdirən bənzərsiz lövhələrlə tanış olacaq, eləcə də ustad dərslərində istirak edərək rəssamın “Göyçay bağlarında” tablosunun müxtəlif texnikalarda hazırlanmış variasiyasını yaradacaqlar. Həmçinin uşaqlar təsviri sənətin müxtəlif janrlarını kəşf edəcək, muzeyin ekspozisiyasında sərgilənən mədəniyyətimizin milli-mədəni sərvətləri ilə tanış olacaqlar.
Milli İncəsənət Muzeyi bütün azyaşlı sənətsevərlərini “Bədii lövhələr” adlı yeni layihədə iştirak etməyə dəvət edir. Təqdim olunan xidmətlərin yüksək keyfiyyətdə həyata keçirilməsi üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur.
Əlaqə telefonu: (+994 12) 492 07 07

Son Sərgilər

"Best of museum"...

Ətraflı...

Fransız-Azərbaycan arxeoloji qazıntıları...

Ətraflı...

Alman incəsənəti Milli İncəsənəti Muzeyi...

Ətraflı...

Uşaqların Beynəlxalq Müdafiəsi Günü...

Ətraflı...