"Yeddi bəstəkar - yeddi portret" adlı konserti keçirildi...

30 Noyabr-30 Noyabr, 2018

Keçirilmiş

Noyabr ayının 30-da Azərbyacan Milli İncəsənət Muzeyində Azərbyacan Xalq Cümhuriyyətinin 100 illik yubileyi çərcivəsində Türkiyə Azərbaycan Mədəniyyətinin Təbliği Qurumunun dəstəyi ilə İstambulun Mərmərə Universitetinin müəllimi, soydaşımız Aytac Rzaquliyevanın rəhbərlik etdiyi Trio-Miraculum qrupunun “Yeddi bəstəkar - yeddi portret” adlı konserti keçirildi.

Yerli və xarici bəstəkarların əsərlərinə həsr olunmuş “Yeddi bəstəkar-yeddi portret” klassik musiqi gecəsində Frits Kreysler, Dmitri Dmitriyeviç Şostakoviç, Qara Qarayev, Astor Piazzolla, Cahangir Qarayev, Oğuzhan Balcı, İlyas Mirzəyev kimi görkəmli sənətkarların əsərləri, xalq melodiyaları və caz kompozisiyaları səsləndirildi.

Latıncadan möcüzə kimi tərcümə olunan Miraculum, öz adını üçünçü - “mi” notundan götürmüşdür. Qrupun rəhbəri Azərbaycanın Xalq rəssamı Elbəy Rzaquliyevin qızı Aytac Rzaquliyeva musiqi təhsilini Çaykovski adına Moskva Dövlət Konservatoriyasında və eləcə də istedadlı pianoçu Cahangir Qarayevdən almışdır.

“Trio-Miraculum” qrupu repertuarlarında Azərbaycan milli musiqisinin təbliği ilə yanaşı, dünya klassik musiqi incilərinin ifasına geniş yer verir. Konsertlərində ifalarından öncə səsləndirdikləri musiqinin bəstəkarı, eləcə də klassik əsərin yaranma tarixçəsi haqqında izləyicilərə məlumat vermək qrupun əsas özəlliyidir.

Son Sərgilər

Yeni il möcüzəsi...

Ətraflı...

Muzeylər arasında əməkdaşlıq haqqında Me...

Ətraflı...

“Sərhədsiz incəsənət” adlı beynəlxalq se...

Ətraflı...

Məhsuldarlıq bayramı...

Ətraflı...