"Yeni il sehri"...

01 Dekabr-13 Yanvar, 2019

Keçirilmiş

Sehrli qar dənəcikləri, Şaxta baba, Qar qızı, Qar adamı, ağ yorğana bürünmüş qocaman meşə, çoxlu mandarinlər, dadlı şirniyyatlar, parlayan çılçıraqlar! Bəli hər birimizin çox sevdiyi nağılvari bayramın başlamasına çox az qalıb. Yeni il qapımızı döymək üzrədir.

Milli İncəsənət Muzeyi kiçik ziyarətçilərimizi 1 dekabr tarixində keçiriləcək “Yeni il sehri” adlı xüsusi tədbir proqramına dəvət edir. Proqram müxtəlif yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur.

Azyaşlı uşaqlar üçün nəzərdə tutulmuş proqramımızda Yeni ilə həsr olunmuş kölgə ilə həyat tapan “Poçtalyon Qar adamı” nağılı təqdim olunacaqdır. Daha sonra uşaqlar ustad dərsində iştirak edərək bacarıqlı əlləri ilə öz yeni il aksesuarlarınıhazırlayacaqlar. Face-art zamanı əlvan boyaların köməyi ilə sevimli qəhramanlarının obrazına çevriləcəklər.

Məktəblilər üçün nəzərdə tutulmuş proqramda kiçik ziyarətçilərimiz üçün daha təkmilləşmiş ustad dərsi təqdim olunacaqdır. String-art zamanı uşaqlar kiçik lövhələr üzərində şam ağacı toxuyacaq və üzərini müxtəlif aksesuarlarla bəzəyəcəklər. Bəyaz corabdan qar adamının imitasiyasını hazırlayacaqlar.

Ziyarətçilərimiz üçün unikal fürsət, istəkdən asılı olaraq şüşə və panno üzərində ağ örpəyə bürünmüş heyratamiz və füsunkar “Qış mənzərəsi” yaratmaq imkanını təklif edirik.

Proqramın sonunda balaca qonaqlarımız Milli İncəsənət Muzeyinin ekspozisiyasında təqdim olunan qədim xalçaçılıq sənəti, ornamental və sujetli misgərlik məmulatları və al-əlvan milli geyimlərimizlə tanış olacaqlar.

İlin ən intellektual Yeni il şənliyində iştirak etmək imkanını qaçırmayın! Təqdim olunan xidmətlərin yüksək keyfiyyətdə həyata keçirilməsi üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur.

Əlaqə telefonu: (+994 12) 492 07 07

Son Sərgilər

"Best of museum"...

Ətraflı...

Fransız-Azərbaycan arxeoloji qazıntıları...

Ətraflı...

Rusiya Rəssamlıq Akademiyasının Qızıl me...

Ətraflı...

Alman incəsənəti Milli İncəsənəti Muzeyi...

Ətraflı...