Portrait now! 2019: Hər kəs üçün incəsənət...

06 Noyabr-06 Noyabr, 2018

Keçirilmiş

6 noyabr 2018-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində “Carlsberg Azerbaijan” şirkətinin təşəbbüsü ilə Portrait now! 2019 müsabiqəsinin açılışı baş tutdu.

Tədbirin açılışını elan edən muzeyin innovasiyalar şöbəsinin müdiri Səbinə Ağamirova qonaqları salamlayaraq, öz çıxışında bildirdi ki, “Carlsberg Azerbaijan” şirkəti təkcə pivə istehsalçısı kimi deyil, həmçinin incəsənətə böyük önəm verən himayədarlar kimi tanınır. Həmçinin öz çıxışında şirkətin baş qərargahının Danimarkanın paytaxtı Kopenhagendə yerləşdiyini bildirdi və bu müsabiqəyə ölkəmizin qatılmağını yüksək qiymətləndirdi.

“Carlsberg Azerbaijan” şirkətinin nümayəndəsi Lalə xanım müsabiqə şərtləri haqqında ətraflı məlumat verdi: “ Portrait Now! 2019 – Carlsberg Fondunun Frederiksborq qəsrində Milli Tarix Muzeyində (Danimarka) keçirdiyi pivəbişirən Y.K.Yakobsen adına 7-ci beynəlxalq müsabiqəsidir.O bildirdi ki, Portrait Now! 2019 müsabiqəsinin Şərqi Avropada seçim mərhələsində ilk olaraq Azərbaycan ölkəsindən də müəlliflər iştirak edə bilər. İstedadlı azərbaycanlı rəssamların dəstəklənməsi üçün “Carlsberg Azerbaijan” şirkəti müsabiqə çərçivəsində şəxsi From Waste to Art eko-nominasiyasını təsis etmək qərarına gəlib. Mükafatın fəlsəfəsi: insan obrazının canlandırılması vasitəsilə müəllif onun daxili dünyasını əks etdirir. Şərqi Avropa ölkələrindən iştirakçılar 31 dekabr 2018-ci il tarixinədək əsərlərini www.portraitnow2019.com. müsabiqənin regional seçim turu saytında qeydiyyatdan keçirməlidir. Nominasiyanın qalibi üçün mükafat əsərinin “Lvivarnya” da sərgidə təqdim olunması və sərgi açılışında Lvov şəhərinə səfərin təşkili olacaq”.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xalq rəssamı, Arif Hüseynov Azərbaycan rəssamların yüksək potensialın olduğunu və bu müsabiqədə tam olaraq özünü doğruldacağını qeyd etdi. Artıq ölkəmizin istedadlı gənc və həmçinin qocaman rəssamları öz əsərlərini dünya səviyyəsində göstərməyə hazırdılar. Rəssam belə bir müsabiqədə ilk olaraq Azərbaycan Respublikasından iştirakçıların olmasını sevindirici bir hal kimi qiymətləndirdi.

Son Sərgilər

Yeni il möcüzəsi...

Ətraflı...

Muzeylər arasında əməkdaşlıq haqqında Me...

Ətraflı...

“Sərhədsiz incəsənət” adlı beynəlxalq se...

Ətraflı...

Məhsuldarlıq bayramı...

Ətraflı...