Əməkdaşlıq müqaviləsi imzalandı...

23 Oktyabr-23 Oktyabr, 2018

Keçirilmiş

23 oktyabr 2018-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyi və Moldova Respublikasının Milli Təsviri İncəsənət Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalandı.

Sənədi Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev və Moldova Respublikasının Milli Təsviri İncəsənət Muzeyinin baş direktoru Tudor Zbırnya imzaladı.

İmzalanma mərasimində Moldova Respublikasının Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri cənab Georgiy Lueke, Azərbaycan Respublikasının Moldovadakı fövqaladə və səlahiyyətli səfiri cənab Qüdsi Osmanov, Moldova Respublikasının Azərbaycandakı fövqaladə və səlahiyyətli səfirliyinin ikinci katibi xanım Zoreana Mutak, Sankt-Peterburq şəhəri Tarixi və Mədəniyyət Abidələrinin Dövlət Kontrol, İstifadə və Mühafizə Komitəsinin sədri cənab Sergey Makarov və Azərbaycan Mili İncəsənət Muzeyinin nümayəndələri iştirak ediblər.

Moldova Respublikasının Milli Təsviri İncəsənət Muzeyinin icraçı direktoru Tudor Zbırnea imzalanan sazişin mühüm hadisə olduğunu dedi və gələcəkdə iki dövlət arasında əməkdaşlıq əlaqələrinin genişlənməsinə, təcrübə mübadiləsinə öz layiqli töhfəsini verəcəyinə əminliyi ifadə etdi.

Müqavilə çərçivəsində qarşılıqlı elmi-tədqiqat fəaliyyətinin və bərpa-konservasiya işinin aparılması, muzey əməkdaşları arasında təcrübəsi mübadiləsi, birgə və çarpaz sərgilərin hazırlanması nəzərdə tutulmuşdur. Eləcə də, bu əməkdaşlıq müqaviləsi Azərbaycanda Moldova mədəniyyətinin və Moldovada Azərbaycan mədəniyyətinin təbliginə xidmət edəcək.

Cənab Georgiy Leuke öz çıxışında hazırda Azərbaycan və Moldovanın əməkdaşlığın müxtəlif sahələrdə, eləcə də “GUAM Demokratiya və İqtisadi İnkişaf namimə Təşkilat”ı çərçivəsində möhkəm əlaqələrə malik olduğunu vurğuladı. Cənab səfirin sözlərinə görə republikalarımız arasında əməkdaşlıq müqaviləsinin imzalanması ilə çoxəsrlik tarixə və bir çox cəhətdən ümumi xüsusiyyətlərə malik bu iki xalqın qarşılıqlı anlaşmasında daha bir mühüm istiqamət əlavə edildi.

Bu fikrə qoşulan Azərbaycan Respublikasının Moldovadakı fövqaladə və səlahiyyətli səfiri cənab Qüdsi Osmanov təyinatından sonra doğma xalqı ilə bir çox cəhətdən oxşar olan moldovan xalqının qonaqpərvərliyi və həyat eşqini bütünlüklə qiymətləndirdiyini vurğuladı. O qeyd etdi ki, bəlkə də bu bənzərliyin vaxtilə Moldova Knyazlığının Osmanlı İmperiyasının tərkibində olması bu bölgədə yaşayan xalqın mədəniyyətinə türk xalqının mədəniyyətinin bəzi xüsusiyyətləri nüfuz etməyə bilməzdi.

Mərasimdə çıxış edən Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev əlaqələrin genişləndirilməsi və iki ölkə muzeyləri arasında nəzərdə tutulan əməkdaşlıqdan məmnunluğunu ifadə edərək bu mədəniyyət müəssisəsilərinin ciddi əməkdaşlıq əlaqələrini hədəflədiyini bildirdi. Bu saziş iki xalq arasında dostluq münasibətlərini möhkəmləndirəcək.

Müqavilə imzalandıqdan sonra cənab Çingiz Fərzəliyev və cənab Tudor Zbırnya rəsmi sənədləri bir-birinə təqdim etdilər.

Son Sərgilər

"Best of museum"...

Ətraflı...

Fransız-Azərbaycan arxeoloji qazıntıları...

Ətraflı...

Rusiya Rəssamlıq Akademiyasının Qızıl me...

Ətraflı...

Alman incəsənəti Milli İncəsənəti Muzeyi...

Ətraflı...