Miniatür sənətində miras və müasirlik...

26 Iyul-05 Avqust, 2018

Keçirilmiş

Miniatür, Azərbaycan milli mədəniyyətində onu sadə təsviri sənət çərçivəsindən çıxaran xüsusi rola malikdir. O, ədəbiyyat və incəsənəti bir-birinə toxuyan "qırmızı teldir".
Miniatür sənəti sayəsində Azərbaycan ədəbiyyatı üçün ənənəvi olan bir sıra süjetlər yalnız kitab səhifələrində fiziki cəhətdən canlanmır... Onlar dekorativ-tətbiqi sənət nümunələri üzərində də əks olunur. Geyim elementlərinin naxışlarına üzvi surətdə hopparaq, ona zəngin və “dolğun” görünüş bəxş edir. 
Azərbaycan Milli İncəsənət Muzeyi yalnız müxtəlif klassik miniatür məktəblərinin zəngin kolleksiyalarına deyil, eləcə də miniatür süjet və ənənələri əsasında yaradılan maraqlı dekorativ tətbiqi sənət nümunələrinə də sahibdir.Bu nadir bədii əsərlər Azərbaycanın müxtəlif regionlarından olan sənətkarlar nəslinin ideya və nailiyyətlərinin məcmusunu müxtəlif bədii variyasiyalarda əks etdirir.
Bu kolleksiyalardan ilhamlanan fotorəssam Rüstəm Hüseynov, Azərbaycan miniatür məktəblərinin kompozisiya nailiyyətlərinə əsaslanaraq və müasir texnikadan istifadə edərək foto və rəqəmsal incəsənət əsərləri silsiləsini yaratmışdır. Beləliklə, köhnə sənətkarların ənənəsini davam etdirməklə, artıq tamaşaçılara miniatürun müstəvi üzərində müasir təcəssüm nümunəsini təqdim edir. Miniatür rəssamlarına xas olan kompozisiya ifadə üsullarından istifadə edərək, Rüstəm Hüseynov müasir incəsənət vasitələrinin köməyi ilə Azərbaycan klassik miniatür süjetlərinin müasir variasialarını yaradır. Bu layihənin məqsədi, dünənki, bügünkü Azərbaycan miniatür sənətinin bütün sərhəd və müxtəlifliyinin təcəssümünü göstərmək və müasir rəssamları sabahkı Azərbaycan mədəni irs ideyasının inkişafına ilhamlandırmaqdır.

Hər birinizi 19:00-da Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən Miniatür sənətində miras və müasirlik  adlı sərginin açılışına dəvət edirik.

 

Son Sərgilər

"Best of museum"...

Ətraflı...

Fransız-Azərbaycan arxeoloji qazıntıları...

Ətraflı...

Alman incəsənəti Milli İncəsənəti Muzeyi...

Ətraflı...

Uşaqların Beynəlxalq Müdafiəsi Günü...

Ətraflı...