“Maarifləndirmə ayı” ...

26 Aprel-26 Aprel, 2017

Keçirilmiş

Uşaqları xoşbəxt etmənin ən yaxşı yolu onları sevindirməkdir. Azərbaycan Milli İncəsənət Muzeyi uşaqların gələcək inkişafı və onlarda kitab haqqında ilkin biliklər formalaşdırmaq üçün xüsusi proqram təqdim edir.
“Maarifləndirmə ayı” çərçivəsində bu gün muzeydə “Baby Star” Uşaq Bağçasının böyük yaş qrup uşaqları üçün nəzərdə tutulan maraqlı proqram keçirildi. Proqramda Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının Xoreqrafiya şöbəsinin şagirdləri öz möhtəşəm rəqs ifaları ilə çıxış etdilər.
Muzeyimizi ziyarət edən “Baby Star” Uşaq Bağçasının böyük yaş qrup uşaqlarına “Qaranquş” uşaq jurnalının baş redaktoru Aysel Zahidqızı TEAS PRESS Nəşriyyat Evi tərəfindən nəşr olunan 3 Alma Uşaq Ədəbiyyatından maraqlı hekayə oxumuş, sonra isə uşaqlar öz düşüncələrinə uyğun tərzdə hekayəyə illustrasiyalar çəkdilər. Bu şəkillərin “Qaranquş” uşaq jurnalının növbəti nömrələrində dərc olunacağı barədə jurnalın redaktoru Aysel Zahidqızı tərəfindən qeyd olundu.
Həmçinin, “Baby Star” Uşaq Bağçasının balaca kitabsevənlərinə 3 Alma Uşaq Ədəbiyyatından kitablar və “Qaranquş” jurnalı hədiyyə edildi.
Sonda balaca sənətsevərlərə maraqlı interaktiv ekskursiya keçirildi.
TEAS PRESS Nəşriyyat Evinə və Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasına proqramımızda rəngarəng və maraqlı iştirakına görə dərin minnətdarlığımızı bildiririk!

Son Sərgilər

AMIM-in Koronavirusla Mübarizə Fonduna d...

Ətraflı...

Muzeydə qabaqlayıcı və operativ tədbirlə...

Ətraflı...

Zeynəb Nəcəfzadənin fərdi sərgisi ...

Ətraflı...

Novruz gəlir, Yaz gəlir...

Ətraflı...