“Müasir Belqradda Nikola Tesla” adlı foto sərgisi ...

02 Oktyabr-09 Oktyabr, 2017

Keçirilmiş

Cari ilin 2 oktyabr tarixində Serbiya Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Landmarkda peşəkar fotoqraf Olivera Yankoviçin “Müasir Belqradda Nikola Tesla” adlı foto sərgisi keçirildi.

Sərgini Azərbaycan tərəfindən Azərbaycan Milli İncəsənət Muzeyinin direktor müavini Qəmər Məlikova giriş sözü ilə açdı. Daha sonra çıxışı peşəkar fotoqraf Olivera Yankoviç davam etdirərək, qonaqlara sərgidə nümayiş olunan əsərləri haqqında məlumat verdi. Hər bir fotonun yaranma tarixçəsindən və günün müxtəlif saatlarında əks olunan şəhər mənzərələrinin ecazkar gözəlliyindən bəhs etdi. Sərgi izləyicilər tərəfindən böyük rəğbətlə qarşılandı. Qeyd edək ki, O.Yankoviç Belqradda anadan olub və təhsilini doğma şəhərində davam etdirib. Belqrad Universitetində əczaçılıq fakültəsi üzrə ixtisaslaşaraq maqistr təhsili alıb. 15 ildən artıqdır ki, foto sənəti ilə məşğul olur və onu əhatə edən hər şeyi- təbiəti, şəhərləri, dənizi və xüsusən də yağışdan sonra səmanı çəkməyə xoşlayır. O.Yankoviç Serbiya Həvəskar Rəssamlar Cəmiyyətinin üzvüdür və cəmiyyətin gümüş medalına , 2016-ci ildə isə Serbiya Mədəniyyət və Təhsil Cəmiyyətinin qızıl medalı ilə təltif olunmuşdur.

Fotosərgidə fotoqrafın 19 əsəri nümayiş olunur. Maraqlananlar üçün nəzərə çatdıraq ki, sərgi 9 oktyabr tarixinədək davam edəcək.

Son Sərgilər

AMIM-in Koronavirusla Mübarizə Fonduna d...

Ətraflı...

Muzeydə qabaqlayıcı və operativ tədbirlə...

Ətraflı...

Zeynəb Nəcəfzadənin fərdi sərgisi ...

Ətraflı...

Novruz gəlir, Yaz gəlir...

Ətraflı...