Müslüm Eldarovun yaradıcılıq sərgisi...

10 Oktyabr-10 Oktyabr, 2017

Keçirilmiş

10 oktyabr tarixində Azərbaycan Milli İncəsənət Muzeyində tanınmış rəssam, heykəltaraş, qrafik və ictimai xadim Müslüm Eldarovun yaradıcılıq sərgisi, eyni zamanda görkəmli sənətkarın həyatına ithaf edilmiş "Müslüm Eldarov " adlı monoqrafik kitabının təqdimatı keçirildi.
Sərgini giriş sözü ilə Milli Incəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev açdı. Tədbirdə xatirələrini bölüşən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev rəssamın zəngin intellektindən, böyük yaradıcılıq potensialına malik genişqəlbli insan olmasından danışdı. Tədbirdə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov oğlu Müslüm Eldarovun uşaqlığı, yeniyetməliyi və gənclik illərini xatırlayaraq, onun daima gülərüzlü, səmimi bir insan kimi yaddaşlara həkk olunduğunu vurğuladı. Xalq rəssamı Ömər Eldarov oğlunun xatirəsini yad edərək qeyd etdi ki, Müslüm Eldarov Azərbaycan mədəniyyətinin inkişafına sanballı töhfələr vermişdir. O, xaricdə yaşayıb-yaratsa da, həmişə müasir Azərbaycan incəsənətini təbliğ etməyi özünün başlıca borcu hesab etmişdir.
Sərgidə rəssamın həyat yoldaşı,Azərbaycanın Əməkdar rəssamı İrina Eldarova da çıxış etdi. Müslüm Eldarovun yaradıcılq yolundan, sərginin təşkilindən, nümayiş olunan əsərlərdən danışdı. Tədbirdə ictimai, siyasi, mədəniyyət və incəsənət xadimləri iştirak etdilər, onlar Müslüm Eldarov haqqında əziz xatirələrini bölüşdülər.
Gecəni Azərbaycan Milli Konservatoriyasının tələbələrinin ifasında Azərbaycan klassik musiqisi müşayiət edirdi.
Sərgidə rəssamın "Abşeron", "Kompozisiya", "Atamın portreti", "Sərv ağacı", "İt və qız", "Elçi", "Fransa xatirələri", "Gənc qız" kimi 80-dan artıq rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərləri nümayiş olunur.
Sərgi oktyabr ayının 17-dək davam edəcəkdir.

Son Sərgilər

AMIM-in Koronavirusla Mübarizə Fonduna d...

Ətraflı...

Muzeydə qabaqlayıcı və operativ tədbirlə...

Ətraflı...

Zeynəb Nəcəfzadənin fərdi sərgisi ...

Ətraflı...

Novruz gəlir, Yaz gəlir...

Ətraflı...