Əməkdar İncəsənət Xadimi Bayram Hacızadənin fərdi sərgisi...

16 May-20 May, 2018

Keçirilmiş

Mayın 16-da Azərbaycan Milli İncəsənət Muzeyi, Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə Əməkdar İncəsənət Xadimi Bayram Hacızadənin fərdi rəsm sərgisi keçirildi.

Tədbiri giriş sözü ilə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar İncəsənət Xadimi Çingiz Fərzəliyev rəssamın yaradıcılığının özəlliyindən və Azərbaycan karikatura sənətinə verdiyi önəmli töhfələrdən danışdı.

Mədəniyyət Nazirinin müavini Ədalət Vəliyev çıxış edərək karikaturaçı rəssamın zəngin yaradıcılığından bəhs etdi. Nazir müavini Bayram Hacızadə yaradıcılığında karikatura tarixinin öyrənilməsi, tədqiqi və təbliği istiqamətində fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd etdi.

50 illiyik yubleyə həsr olunmuş sərgidə Bayram Hacızadə yaradıcılığının son 30 ilini əhatə edən “Kirpi” satirik jurnalında və dövri mətbuat səhifələrində dərc olunan müxtəlif mövzulu karikaturaları, beynəlxalq müsabiqələrdə mükafat almış əsərləri, eləcə də M.Ə.Sabirin “Hophopnamə”sinə çəkdiyi illüstrasiyaları və digər mövzulu karikaturaları nümayiş olunur.

Tədbirdə Bayram Hacızadənin müəllifi olduğu “Kirpinin rəssamları” adlı kitabının təqdimatı da keçirildi. Üç cilddən ibarət kitabda 1952-1991-ci illər “Kirpi” satirik jurnalı ilə əməkdaşlıq edən rəssamların, karikatura ustalarının yaradıcılığı və fəaliyyəti haqqında ətraflı məlumat yer alıb.

Sənətsevərlətin nəzərinə çatdırırıq ki, sərgi 2018-ci ilin may ayının 20-dək davam edəcəkdir.

Son Sərgilər

"Best of museum"...

Ətraflı...

Fransız-Azərbaycan arxeoloji qazıntıları...

Ətraflı...

Rusiya Rəssamlıq Akademiyasının Qızıl me...

Ətraflı...

Alman incəsənəti Milli İncəsənəti Muzeyi...

Ətraflı...