"Azərbaycan Xalq Cümhuriyyəti-100" adlı sərgisi ...

25 May-30 May, 2018

Keçirilmiş

25 May tarixində Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində “İrs. Azərbaycan Xalq Cümhuriyyəti-100” adlı sərgisi keçiriləcəkdir. Sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarından və rəssamların şəxsi kolleksiyalarından seçilmiş incəsənət əsərlərinin, Bakı İncəsənət Mərkəzinin təqdimatında əsas etibarilə Cümhuriyyət tarixini əks etdirən arxiv foto və sənədlərinin, o cümlədən tanınmış hüquqşünas Rəşid Rzayevin şəxsi kolleksiyasından 1919-1920-ci illərə aid əskinasların və poçt markalarının nümayişi nəzərdə tutulur. Burada İstiqlal Bəyannaməsini qəbul etmiş Milli Şura üzvlərinin portretləri, Azərbaycan Cümhuriyyət hökumətinin üzvləri haqda məlumat, Azərbaycanı rus-imperialist və daşnak işğalçılarından azad etmiş Qafqaz İslan Ordusunun və Azərbaycan ordusunun və sərkərdələrinin foto görüntüləri verilmişdir. Eksponatlar arasında Azərbaycan Cümhuriyyətinin xəritələri xüsusi yer tutur. Bu xəritələr sırasında Paris Sülh Konfransına təqdim edilmiş xəritə, eləcə də Cümhuriyyətin sərhədlərini əks etdirən digər siyasi xəritələr vardır. Ekspozisiyada həmçinin, 1920-ci il aprelin 28-də Cümhuriyyəti süquta yetirmiş rus bolşevik hökumətinin 11-ci Qızıl Ordusunun vaxtı ilə Bakıda çəkilmiş fotoları da yer alacaqdır.

Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin cəmi 23 ay mövcud olmasına rəğmən ötən yüz il ərzində Azərbaycan xalqının bütövlükdə mədəni yüksəlişi, o cümlədən təsviri incəsənəti sürətlə inkişaf etmişdir. Əzim Əzimzadə, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Toğrul Nərimanbəyov, Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Xalidə Səfərova, Cavad Mircavadov Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı, Tahir Salahov, Ömər Eldarov, Fazil Nəcəfov və onlarla başqa rəssamların yaradıcılığı məhz bu yüzillikdə formalaşaraq ölkəmizi dünyaya tanıtmışdır. Azərbaycan Xalq Cümhuriyyəti, müstəqillik, azadlıq ideyalarının, demokratik dəyərlərin, azərbaycançılıq məfkurəsinin təbliği hər zaman rəssamların yaradıcılığında özünəməxsus yer tutmuşdur.

Hər birinizi 18:00-da Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən “İrs. Azərbaycan Xalq Cümhuriyyəti-100” adlı sərginin açılışına dəvət edirik.

Son Sərgilər

"Best of museum"...

Ətraflı...

Fransız-Azərbaycan arxeoloji qazıntıları...

Ətraflı...

Rusiya Rəssamlıq Akademiyasının Qızıl me...

Ətraflı...

Alman incəsənəti Milli İncəsənəti Muzeyi...

Ətraflı...