Q.Qarayevin 95 illiyinə həsr olunmuş musiqili gecəsi...

28 Mart-28 Mart, 2013

Keçirilmiş

Azərbaycan Milli İncəsənət Muzeyində Bakı Musiqi Akademiyasının professoru Əməkdar müəllim Q.A.Adjalovanın sinfinin tələbələrinin iştirakı ilə Q.Qarayevin 95 illiyinə həsr olunmuş vokal-instrumental musiqi gecəsi keçirilir.
Konsertdə respublika və bir çox (Estoniya, İtaliya, Avstriya, Gürcüstan, Litva) beynəlxalq müsabiqələrinin laureatları Zeynalov Rüstəm – I kurs, Aslanov Aslan -II kurs, Quliyev Müşfiq  - III kurs, Mahmudova Qəmər –III kurs, Kəngərli Nərgiz - I kurs musiqi nömrələri ilə çıxış edəcəklər. Solistlər: Azərbaycanın Xalq artisti Zəhra Quliyeva (skripka), Respublikanın Əməkdar artisti Səbinə Əsədova (metso-saprano), Yevgeniya Məmmədova (soprano),  Adil Axundov (tenor), Məmmədov Anar, Budalov Vəli (klarnet), Babayev Dmitriy (bariton).
Gecədə C.Verdinin, J.Bizenin, F.Çileanın, Ş.Qunonun, F.Mendelsonun, S. Raxmaninovun, D.Kabalevskinin, Q.Qarayevin, V.Adıgözəlovun, F.Bədəlbəylinin, A.Qrqinin əsərləri ifa olunacaqdır.

Konsert 28 mart 2013-ci il tarixində, saat 19.00-da Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi küçəsi 11 ünvanında yerləşən binasında keçiriləcək.

Son Sərgilər

AMIM-in Koronavirusla Mübarizə Fonduna d...

Ətraflı...

Muzeydə qabaqlayıcı və operativ tədbirlə...

Ətraflı...

Zeynəb Nəcəfzadənin fərdi sərgisi ...

Ətraflı...

Novruz gəlir, Yaz gəlir...

Ətraflı...