Maestro Niyazinin 100 illik yubileyinə həsr olunmuş konsert...

11 Oktyabr-11 Oktyabr, 2012

Keçirilmiş

Azərbaycan Prezidenti İlham Əliyevin “Niyazinin 100 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncama əsasən, Maestro Niyazinin anadan olmasının 100 illik yubileyi çərçivəsində Bakı Musiqi Akademiyasının təşəbbüsü ilə 11 oktyabr 2012-ci il tarixində saat 17.00-da Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan bəstəkarlarının əsərlərinin antologiyasının müəllifi və ifaçısı, Əməkdar İncəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru Ülviyyə Hacıbəyovanın Hacıbəyovlar nəslinə mənsub bəstəkarların əsərlərindən ibarət konserti keçirilir.

Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Ülviyyə Hacıbəyova 9 iyun 1960-ci ildə ziyalı ailəsində anadan olmuşdur. O, 3 yaşından pianoda çalmağa başlamış, ilk əsərini isə 6 yaşında ikən yazmışdır. Bununla əlaqədar Azərbaycantelefilm onun haqqında “Ülviyyənin mahnıları” adlı film çəkmiş, bu film Bakı və Moskva televiziyasında nümayiş etdirilmişdir.

Ülviyyə Hacıbəyova ilk təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində Y.L.Filatovanın sinfində almışdır. Bu illər ərzində o, həm bəstəkarlıq, həm ifaçılıq sənəti ilə məşğul olmuşdur.

1978-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının professoru R.Atakişiyevin sinfində təhsil almış, assistent-stajorluğu bitirmiş, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professorları Y.İ.Milşteyn və L.Naumovadan dərs almışdır.

O, 1985-ci ildən başlayaraq Yeganə Axundova ilə birlikdə piano dueti ifaçısı kimi müntəzəm olaraq  Azərbaycanda və xarici ölkələrdə konsert proqramları ilə çıxış edir.

Ülviyyə Hacıbəyova “Hacıbəyovların musiqi dünyası”, “İthaf” (Alman və Azərbaycan musiqisindən ibarət), “Azərbaycan Dövlət Musiqi Mədəniyyəti muzeyi arxivindən”, “Azərbaycan bəstəkarlarının antalogiyası” diskləri də daxil olmaqla 18 diskin müəllifidir. Bununla yanaşı, o, bir sıra mahnıların, piano əsərlərinin, 30-a qədər elmi məqalələrin, “Sənət fədailəri. Hacıbəyovların musiqi dünyası” daxil edilməklə 6 kitabın müəllifidir.

Son Sərgilər

AMIM-in Koronavirusla Mübarizə Fonduna d...

Ətraflı...

Muzeydə qabaqlayıcı və operativ tədbirlə...

Ətraflı...

Zeynəb Nəcəfzadənin fərdi sərgisi ...

Ətraflı...

Novruz gəlir, Yaz gəlir...

Ətraflı...