III Beynəlxalq Musiqi Festivalı...

21 Sentyabr-29 Sentyabr, 2011

Keçirilmiş

2009-2010-cu illərdə respublikada Üzeyir Hacıbəyli I və II Beynəlxalq Musiqi Festivalı keçirilmişdir. Bu festivallar ölkəmizdə və onun hüdudlarından kənarda böyük əks-səda doğurmuşdur. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak etmişlər.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” 21 yanvar 2011-ci il tarixli 1293 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər planına uyğun olaraq Heydər Əliyev Fondunun dəstəyi və Nazirliyin təşkilatçılığı ilə 2011-ci il 18-30 sentyabr tarixlərində Bakıda Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalının keçirilməsi planlaşdırılmışdır.

Festivalda Rusiya, Böyük Britaniya, ABŞ, Avstriya, Cənubi Koreya, Macarıstan, Almaniyadan tanınmış musiqiçilər və kollektivlər – Yekaterinburq Opera və Balet Teatrı, “Ferens List”, “Veritas”, Vyana kamera orkestrləri, Yeva Tebbe, Yekaterina Levental, Je Xay Li, Aleksandr Melnikov, Karolin Vidman və başqaları iştirak edəcəklər.

Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən və dövlət müstəqilliyimizin bərpasının iyirminci ildönümünə həsr olunmuş Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində konsertlər keçirilir.

Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən konsertlərin proqramı:
1.Bilitis dueti (Hollandiya): Eva Tebbe (arfa), Yekaterina Levental (arfa, vokal) 20.09.2011, 17.00;
2.Gəncliyin səsi adlı layihə: Osman Əyyublu (violin), Ramiz Sevdimalıyev (vibrafon) 21.09.2011, 17.00;
3. Gəncliyin səsi adlı layihə: İlham Nəzərov (bariton) 22.09.2011, 17.00;
4.Gəncliyin səsi adlı layihə: Cəmilə Qarayusifli (violin), Rüstəm Zeynalov (piano) 23.09.2011, 17.00;
5.Gəncliyin səsi adlı layihə: Mustafa Mehmandarov (violin), Müşfiq Quliyev (piano) 24.09.2011, 17.00;
6.Gəncliyin səsi adlı layihə: Kamran Ömərli (violin), Nərmin Nəcəfli (piano) 25.09.2011, 17.00;
7. Gəncliyin səsi adlı layihə: Ceyla Seyidova (violin), Tural Tağıyev (trombon) 27.09.2011, 17.00;
8.Gəncliyin səsi adlı layihə: Kənan Mayılov (violin), Vurğun Vəkilov (piano) 29.09.2011, 17.00;
9.Gəncliyin səsi adlı layihə: Aslan Aslanov (piano), İsrafil Rəsulov (truba) 30.09.2011,  17.00.

Son Sərgilər

AMIM-in Koronavirusla Mübarizə Fonduna d...

Ətraflı...

Muzeydə qabaqlayıcı və operativ tədbirlə...

Ətraflı...

Zeynəb Nəcəfzadənin fərdi sərgisi ...

Ətraflı...

Novruz gəlir, Yaz gəlir...

Ətraflı...