Əməkdar rəssam Əşrəf Heybətin yaradıcılıq sərgisi...

06 Mart-19 Mart, 2014

Keçirilmiş

Martın 6-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşbbüsü ilə Azərbaycanın Əməkdar rəssamı Əşrəf Heybətin əsərlərindən ibarət Azərbaycanda “İthaf.Şərq və Qərb arasında” adlı rəssamın ilk fərdi yaradacılıq sərgisi keçirilib.

Ekspozisiyada rəssamın "Doğma vətən", "Dastan", "Ozan", "Mənim dünyam", "Bakı gözəlləri", "Köhnə şəhər üzərində böyük ay", "Bakının küləkli günü", "Şimşəkdən qabaq" kimi tabloları nümayiş olunur. Sərgi martın 19-dək davam edəcək.

Qeyd edək ki, Əşrəf Heybət 1951-ci ildə Bakıda anadan olub.  Moskva, Fransa, İspaniya, İtaliya, İsrail, Hindistan, Misir, Türkiyə və bir sıra ölkələrdə fərdi sərgiləri keçirilən rəssamın əsərləri böyük maraqla qarşılanır. O, portret, mənzərə, natürmort janrlarında işlədiyi əsərlərlə bərabər, iri həcmli monumental əsərlərin də müəllifidir. Əşrəf Heybət Rusiya Federasiyası Rəssamlıq Akademiyasının, PDA beynəlxalq təşkilatının və UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Beynəlxalq "Sülh elçisi" mükafatı laureatı, Almaniyada "Bakı" Mədəniyyət Cəmiyyətinin sədridir. Əsərləri dünyanın 20-dən artıq ölkəsində nümayiş olunub.  

Son Sərgilər

AMIM-in Koronavirusla Mübarizə Fonduna d...

Ətraflı...

Muzeydə qabaqlayıcı və operativ tədbirlə...

Ətraflı...

Zeynəb Nəcəfzadənin fərdi sərgisi ...

Ətraflı...

Novruz gəlir, Yaz gəlir...

Ətraflı...