Muzeylər arası əməkdaşlıq müqaviləsi imzalandı...

25 Iyul-25 Iyul, 2014

Keçirilmiş

İyulun 25-də Azərbaycan Milli İncəsənət Muzeyi ilə Belarus Respublikasının Milli Bədii Muzeyi arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məqsədilə ikitərəfli müqavilə imzalandı. 

İmzalanma mərasimindən əvvəl  Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirinin müavini Sevda Məmmədəliyeva hər iki ölkə arasında əlaqələrin yüksələn xətlə davam etməsindən söz açdı, mədəni əməkdaşlığın genişləndiyini xüsusilə qeyd etdi. 
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda muzey işinin inkişafına diqqət və qayğısından danışan nazir müavini bu gün həmin siyasətin Prezident İlham Əliyev, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini vurğuladı. 
Qeyd olundu ki, son illərdə ölkəmizin hər yerində muzeylərin sayı artıb, bir sıra muzeylərdə yenidənqurma və bərpa işləri aparılıb, onların maddi-texniki bazası möhkəmləndirilib. 
Belarus Respublikasının Milli Bədii Muzeyinin baş direktoru Vladimir Prokoptsov müqavilənin imzalanmasının mühüm tarixi hadisə olduğunu dedi və müvafiq sahədə əlaqələrin daha da genişlənməsinə, təcrübə mübadiləsinə öz layiqli töhfəsini verəcəyinə əminliyini ifadə etdi. Mədəni dialoqun vacibliyindən danışan qonaq Azərbaycandakı muzey işinin təcrübəsini yüksək qiymətləndirdi. 
Mərasimdə çıxış edən Belarus Respublikasının Azərbaycandakı səfirinin müşaviri Dmitri Qorbaçov müqavilənin əhəmiyyətini vurğulayaraq Azərbaycan hökumətinə dərin təşəkkürünü bildirdi. 
İncəsənət muzeyləri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə ikitərəfli müqaviləni Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev və Belarusun Milli Bədii İncəsənət Muzeyinin direktoru Vladimir Prokoptsov imzaladılar.
Müqavilə muzey işi ilə bağlı konfransların, simpoziumların, treninqlərin keçirilməsini, mədəniyyət sərvətlərinin mühafizəsi, konservasiyası və bərpası, elektron kataloqların yaradılması ilə bağlı təcrübə mübadiləsi, muzey işində kadrların, ixtisasların artırılması, müasir texnologiyaların tətbiqi, marketinq sahəsində təcrübə mübadiləsi, beynəlxalq proqramlar və layihələr çərçivəsində əməkdaşlıq və digər məsələləri əhatə edir.

 

Son Sərgilər

Yeni il möcüzəsi...

Ətraflı...

Muzeylər arasında əməkdaşlıq haqqında Me...

Ətraflı...

“Sərhədsiz incəsənət” adlı beynəlxalq se...

Ətraflı...

Məhsuldarlıq bayramı...

Ətraflı...