Qaqarin və Lermontovun ailə üzvləri İncəsənət Muzeyində...

03 Oktyabr-03 Oktyabr, 2014

Keçirilmiş

3 oktyabr 2014-cü il tarixində IV Bakı Beynəlxalq Humanitar Formunun iştirakçıları “Moskva-Kremli” Dövlət Qoruq-Muzeyinin direktoru, ilk kosmonavt Yuri Qaqarinin qızı Yelena Yuriyevna Qaqarina, onun həyat yoldaşı “Moskva-Kremli”nin bərpa şöbəsinin müdiri Vladimir Vıçujanin, “Serednikovo” malikanəsinin direktoru, Mixail Yuryeviç Lermontov nəslinin nümayəndəsi Yelena Vladimirovna Lermontova və Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova Azərbaycan Milli İncəsənət Muzeyinin qonağı olmuşlar.
Görüşdə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev və muzeyin əməkdaşları iştirak etmişdir. Görüş əsnasında Azərbaycan Milli İncəsənət Muzeyi ilə “Moskva-Kremli” Dövlət Qoruq-Muzeyi arasında gələcək əməkdaşlıq əlaqələrindən söhbət açılmışdır.
Sonda qonaqlar muzeyin ekspozisiyası ilə tanış olmuşlar.

Son Sərgilər

Yeni il möcüzəsi...

Ətraflı...

Muzeylər arasında əməkdaşlıq haqqında Me...

Ətraflı...

“Sərhədsiz incəsənət” adlı beynəlxalq se...

Ətraflı...

Məhsuldarlıq bayramı...

Ətraflı...