Hollandiyaya işgüzar səfər...

21 Yanvar-24 Yanvar, 2015

Keçirilmiş

Cari ilin yanvar ayının 21-dən 24-ə qədər Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru professor Çingiz Fərzəliyev və müzeyin elmi araşdırmalar şöbəsinin müdiri Toğrul Əfəndiyev Hollandiyada Azərbaycan Respublikasının bu ölkədəki səfiri cənab M.N.Əfəndiyevin şəxsi dəvətilə işgüzar səfərdə olmuşlar. Səfərin başlıca məqsədləri  Hollandiyanın aparıcı muzeylərinin rəhbərliyi ilə tanış olmaq və qarşılıqlı maraq doğura biləcək layihələrin həyata keçirilməsi haqqında danışıqların aparılması olmuşdur. Bu məqsədlə yanvar ayının 22-də səfirlikdə cənab səfirin birbaşa iştirakı ilə bir qrup hollandiya muzey rəhbərləri və səlahiyyətli şəxsləri ilə görüş baş vermişdir. Görüşdə Hollandiya tərəfindən  Dutch Culture - beynəlxalq mədəni əlaqələrin koordinasiyası ictimai birliyinin direktoru cənab Cees dee Graaff, Cobra-muzeyinin biznes inkişafı və əməkdaşlıq üzrə departamentinin nümayəndəsi cənab Bert Meennings, Amsterdam şəhərindəki  Rembrandtın ev-muzeyinin direktoru cənab Michael Huijser, The Holland Times qəzetinin və Azərbaycan-Niderland web platformasının kontent meneceri Arnold Utama iştirak etmişdirlər. Görüşdə aparılan fikir mübadiləsi zamanı  gələcəkdə qarşılıqlı  maraq doğura biləcək hədəf nöqtələri müəyyən edilmişdir.

Eyni zamanda Azərbaycan tərəfi yerli mütəxəssisləri Azərbaycan Milli İncəsənət muzeyinin sərgi imkanları barəsində bilgilərlə təmin etmişdir. Keçirilən sərgilər, dövlətin ali rəhbərliyinin mədəniyyətə və incəsənətə göstərdikləri diqqət və qayğı barəsində ətraflı məlumat verilmişdir. Qonaqlara şərh olunan mövzulara dair video filimlər nümayiş etdirilmiş, muzeyin nəşr etdirdiyi çeşidli çap məhsulları paylanılmışdır.

Yanvarın 23-də Çingiz Fərzəliyev və Toğrul Əfəndiyev Amsterdam şəhərində Rembrandtın ev-muzeyinə səfər etmişlər. Burada onları qarşılayan muzey direktoru və onun əməkdaşları qurumlarının fəaliyyətləri barəsində ətraflı məlumat vermişlər və qonaqları muzeyin ekspozisiyası ilə tanış etmişlər.

Muzey kolleksiyasının əsasını dahi rəssamın qrafik əsərləri təşkil etdiyindən (ofort, rəsm, qravür və s.)  belə sərgilərin daşınmasının çox  çevik və rahat olduğu başlıca amil kimi vurğulanmışdır.

Belə bir sərginin Azərbaycanda daha böyük maraq  doğurmasını təmin etmək məqsədilə mövzunun seçilməsi ətrafında ilkin fikir mübadiləsi aparılmışdır. Bu məqsədlə muzeyin rəhbərliyinin və Niderland mədəniyyət mərkəzinin müdirinin tezliklə Bakıya gəlməsi təklif olunmuşdur. Təklif böyük məmmunluqla qəbul edilmişdir.

Son Sərgilər

Çin səfiri ilə görüş...

Ətraflı...

Month of Enlightenment...

Ətraflı...

“AMİM-in kolleksiyasında natürmort janrı...

Ətraflı...

Baronessa Emma Nikolson İncəsənət Muzeyi...

Ətraflı...