Muzeyə "Gizli məna" adlı əsər hədiyyə olunub...

12 Mart-12 Mart, 2015

Keçirilmiş

12 mart 2015-ci il tarixində məşhur çinli rəssam Vanq Hai Qinq çəkdiyi "Gizli məna" əsərini Azərbaycan Milli İncəsənət Muzeyinə hədiyyə etmişdir. Bununla əlaqədar təşkil olunmuş mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova, muzeyin direktoru professor Çingiz Fərzəliyev və muzeyin digər əməkdaşları iştirak etmişdirlər. Çingiz Fərzəliyev qonağı salamlayaraq muzeyə hədiyyə edilən əsərə görə təşəkkürünü bildirmişdir. Öz növbəsində çinli rəssam da Azərbaycana səfər etməsindən məmnunluğunu bildirmiş və qeyd etmişdir ki, iki ölkə arasında mədəni əlaqələrin gücləndirilməsində əlimizdən gələni etməliyik.

Son Sərgilər

Çin səfiri ilə görüş...

Ətraflı...

Month of Enlightenment...

Ətraflı...

“AMİM-in kolleksiyasında natürmort janrı...

Ətraflı...

Baronessa Emma Nikolson İncəsənət Muzeyi...

Ətraflı...