Xalq rəsssamı Kazım Kazımzadənin sərgisi...

14 Aprel-21 Aprel, 2015

Keçirilmiş

14 aprel 2015-ci il tarixində Xalq rəssamı Kazım Kazımzadənin 100 illik yubileyinə həsr olunmuş sərgi və xatirə günü keçirilib. Sərgidən öncə görkəmli rəssam və tanınmış incəsənət xadimlərinin iştirakı ilə Kazım Kazımzadə yaradıcılığına həsr olunmuş dəyirmi masa, həmçinin, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimovanın müəllifi olduğu “Kazım Kazımzadə” adlı kitabın təqdimat mərasimi baş tutub.

Sərgidə rəssamın 46 sayda qrafik əsəri nümayiş olunur. Müharibə mövzusuna həsr etdiyi “Darmadağın edilmiş faşist tankı”, “İstirahət zamanı” “Anadan məktub”, “Bizim uşaqlar” silsiləsindən – “Mən sizə qulaq asıram”, “Rəsm çəkəcəyəm”, “Çıxış ərəfəsində”, kimi əsərlərlə yanaşı, “A.A.Bakıxanov”un, “Şair Əli Fəzli”nin, “Əbdülqasım Hüseynzadə”nin portretləri,  Nizami, Məshəti Gəncəvi, Q.Şirvani, Q.Təbrizi, Xətai və Hafiz, yaradıcılığına çəklimiş ilüstrasiyaları sərgilənir.

Qeyd edək ki, Kazım Məmmədəli oğlu Kazımzadə 1913-cü ildə Bakıda anadan olub.  Kazımzadə elə məktəb illərində təsviri sənətə maraq göstərir və onun rəssam kimi püxtələşməsində əsas rollardan birini müəllimi, görkəmli qrafik rəssam, Molla Nəsrəddinçi Əmir Hacıyev oynayır. O, 1932-1936-cı illərdə Bakı Rəssamlıq Texnikumunun Qrafika şöbəsində təhsil alıb, 1961-ci ildə İ.Repin adına Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitunun Sənətşünaslıq fakültəsini bitirib.

Kazımzadə əsasən, təsviri sənətin dəzgah və kitab qrafikası sahəsində fəaliyyət göstərib. 1940-ci illərdə Kazımzadə Böyük Vətən müharibəsində iştirak edir, bu mövzuya həsr etdiyi “Müharibə yolları ilə” silsiləsini yaradır, görkəmli fırça ustaları Ə. Əzimzadə, Ə. Hacıyev, S. Salamzadə, S. Şərifzadə, İ. Axundov, M. Rəhmanzadə ilə birgə “Cəbhəyə isti geyim”, “Qafqaz xalqlarının dostluğu” kimi silsilələrin yaranmasında yaxından iştirak edir.

1942-1992-ci illərdə rəssam, indiki Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru vəzifəsində çalışıb, Azərbaycan incəsənətinin təbliğində əvəzsiz rol oynayıb. Təsviri sənət sahəsindəki yaradıcılıq uğurlarına görə Azərbaycan SSR Əməkdar incəsənət xadimi və Azərbaycan SSR Xalq rəssamı fəxri adlarına layiq görülən Kazım Kazımzadə, 1950-ci ildə  Stalin mükafatı və eyni zamanda, SSRİ Dövlət mükafatı ilə təltif olunub.

 Kazım Kazımzadə 1992-ci ildə dünyasını dəyişib.

Son Sərgilər

AMIM-in Koronavirusla Mübarizə Fonduna d...

Ətraflı...

Muzeydə qabaqlayıcı və operativ tədbirlə...

Ətraflı...

Zeynəb Nəcəfzadənin fərdi sərgisi ...

Ətraflı...

Novruz gəlir, Yaz gəlir...

Ətraflı...