"XXI əsr - təsviri incəsənətdə innovasiya texnologiyaları"...

15 Fevral-15 Fevral, 2012

Keçirilmiş

Fevralın 15-də Milli İncəsənət Muzeyində müasir rəssamların təxəyyülünü realizə edən texnologiyalarla bağlı “XXI əsr - təsviri incəsənətdə innovasiya texnologiyaları” mövzusunda “dəyirmi masa” keçirilib.
Bu “dəyirmi masa” iştirakçıları olan rəssamların, sənətşünasların, muzey işçilərinin, müasir smartfon texnologiyaları bilicilərinin iştirakı ilə keçən tədbirdə muzeyin şöbə müdiri Əminə Məlikova, incəsənət üzrə fəlsəfə doktoru Əsmər Abdullayeva və başqaları maraqlı mülahizələr söyləyiblər. Qeyd olunub ki, innovasiya texnologiyalarının sürətlə inkişaf etdiyi indiki zamanda sənətkarların peşə ilə bağlı müzakirələrinə ehtiyac var. Hazırda 250 milyon multimedia istifadəçisi mövcuddur və buradan da “aqressiv təbliğat” məvhumu yaranıb. 
Müzakirələrdə yeni texnologiyanın üstünlükləri ilə yanaşı, mənfi cəhətləri də qeyd olunub. Deyilənlərə misal kimi, respublikada artıq 10 il ərzində qeyd olunan neftçilər günü münasibətilə “3D“ formatında Tahir Salahovun, Maral Rəhmanzadənin , Səttar Bəhlulzadənin və Pikassonun əsərlərindən ibarət hazırlanmış slayd- ğörüntü nümayış olunub.
Muzey rəhbərliyinin qərarı ilə bu cür “dəyirmi masa” bundan sonra hər ayın ilk həftəsinin çərşənbə günü təşkil olunacaq.

Son Sərgilər

AMIM-in Koronavirusla Mübarizə Fonduna d...

Ətraflı...

Muzeydə qabaqlayıcı və operativ tədbirlə...

Ətraflı...

Zeynəb Nəcəfzadənin fərdi sərgisi ...

Ətraflı...

Novruz gəlir, Yaz gəlir...

Ətraflı...