"Fransa incəsənəti" adlı sərgi keçirildi...

25 Noyabr-26 Yanvar, 2017

Keçirilmiş

Noyabr ayının 25-də Azərbaycan Milli İncəsənət Muzeyində “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyadan” adlı sərgi açılıb.

Sərgini giriş sözü ilə açan Azərbaycan Mili İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev bu günün Azərbaycan Milli İncəsənət Muzeyində böyük bayram olduğunu və bu sərginin muzeyin 80 illik yubileyi çərçivəsində keçirildiyini bildirdi. Fransa və Azərbaycan dövlətlərinin mədəni əməkdaşlığından xəbər verdiyini, eyni zamanda Azərbaycan mədəni həyatında önəmli iz qoyacağını vurğuladı.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev çıxış etdi. Nazir müavini bu sərginin ən nadir sənət nümunələrinin saxlandığı Azərbaycan Milli İncəsənət Muzeyinin 80 illik yubileyi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə elan edilən “2016-cı il-Multikulturalizm ili” çərçivəsinə daxil olduğunu qeyd etdi. Bu qürurverici hissdir ki, sərginin ekspozisiyası Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından ibarətdir.

Daha sonra Fransanın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Aureliya Buşez bu sənət məbədində Fransa incəsənətinə həsr olunmuş möhtəşəm sərginin təşkilindən məmnunluq hissini duyduğunu bildirdi. O, həm də öz çıxışında Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən “Fransa inciləri” sərgisinin təşkilinə görə minnətdarlığını dilə gətirdi. 

Xalq rəssamı Səlhab Məmmədov sərginin bənzərsiz çalarlar üzərində qurulduğunu xüsusi vuğuladı. 

Tədbirdə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının və L. və M. Rastropoviçlər adına 21 nömrəli musiqi məktəbinin tələbə və şagirdləri - Atabala Manafzadə,Nəriman Əmiraslanov, Kamran Talıblının ifasında bəstəkarlar İ.Bax, F.Şopen S.Raxmaninov, T.Quliyev, K.Debyussi, P.Çaykovski və Ceninin əsərləri səsləndirildi.

Sərgi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müvafiq səəncamı ilə elan edilən “2016-cı il-Multikulturalizm ili” və həmçinin Azərbaycan Milli İncəsənət Muzeyinin 80 illik yubileyi çərçivəsində keçirilir. “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərginin kuratoru Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyevdir.

“Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərgisi ictimaiyyət üçün 26 noyabr 2016-cı il tarixindən 19 may 2017-ci il tarixindək Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi 9/11 ünvanında təqdim olunur.

Son Sərgilər

Yeni il möcüzəsi...

Ətraflı...

Muzeylər arasında əməkdaşlıq haqqında Me...

Ətraflı...

“Sərhədsiz incəsənət” adlı beynəlxalq se...

Ətraflı...

Məhsuldarlıq bayramı...

Ətraflı...