Əməkdar incəsənət xadimi Əyyub Hüseynovun sərgisi...

25 Oktyabr-29 Oktyabr, 2016

Keçirilmiş

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar incəsənət xadimi, görkəmli rəssam Əyyub Hüseynovun 100 illik yubileyinə həsr olunmuş yaradıcılıq sərgisinin aşılı.ı oldu

Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək sərginin əhəmiyyətindən söz açıb. Sənətkarın həyat və yaradıcılığından bəhs edən nazir müavini deyib ki, pedaqoji fəaliyyəti ilə yanaşı, Əyyub Hüseynov daim mənzərə və portret janrlarında müxtəlif mövzularda rəngarəng tablolar yaradıb.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov və Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar İncəsənət Xadimi Çingiz Fərzəliyev çıxış edərək unudulmaz rəssamın şərəfli ömür yolundan söz açıblar..

Ə.Hüseynov 1916-cı il sentyabr ayının 3-də Naxçıvanın Noraşan rayonunda  anadan olmuşdur. 1930-cu ildə Azərbaycan Rəssamlıq Texnikumunu, 1935-ci ildə isə Tiflis Rəssamlıq Akademiyasını bitirmişdir. Bir müddət Naxçıvan Dövlət Dram Teatrında tamaşalara səhnə tərtibatı vermiş, eskizlər hazırlamışdır. 1948-ci ildə Bakıya gələrək, Ə.Əzimzadə adına Rəssamlıq Texnikumunda pedaqoji fəaliyyətə başlamış, sonra həmin təhsil ocağında doqquz il direktor vəzifəsində çalışmışdır. Rəssam ömrünün əlli ilini gənc rəssamlar nəslinin yetişməsinə sərf etmiş və bu sahədə əvəzsiz xidmətlər göstərmişdir.

Pedaqoji fəaliyyəti ilə yanaşı Ə.Hüseynov əsərlərində daim mənzərə, portret, məişət janrlarına müraciət etmiş, müxtəlif mövzularda rəngarəng tablolar və özünəməxsus bədii xüsusiyyətləri ilə seçilən üslub yaratmışdır.

Ə.Hüseynovun çoxillik pedaqoji və bədii fəaliyyəti diqqətdən kənarda qalmamışdır. O, 1980-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.

17 aprel 1998-ci ildə dünyasını dəyişən rəssam öz ömrünü, bacarığını xalqımızın tərəqqisinə, tanınmasına və incəsənətimizin inkişafına, milli-tarixi mövzuların təbliğinə və milli xarakterə malik, dolğun azərbaycanlı obrazlarının yaradılmasına sərf etmişdir. Sonuncu sərgisi 22 noyabr 2006-cı ildə rəssamın 90 illik yubileyi münasibəti ilə Bakıda S.Bəhlulzadə adına Sərgi salonunda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunmuş, rəssamın həyat və yaradıcılığından bəhs edən kitab çap edilmişdir.

Sərgidə rəssamın ailə kolleksiyasında, həmçinin Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Dövlət Rəsm Qalereyası fondlarında saxlanılan 55-ə yaxın əsəri nümayiş olunur.

Sərgi  29 oktyabr tarixinədək davam edəcəkdir

Son Sərgilər

AMIM-in Koronavirusla Mübarizə Fonduna d...

Ətraflı...

Muzeydə qabaqlayıcı və operativ tədbirlə...

Ətraflı...

Zeynəb Nəcəfzadənin fərdi sərgisi ...

Ətraflı...

Novruz gəlir, Yaz gəlir...

Ətraflı...