Xalq rəssamı Vidadi Nərimanbəyovun 90 illik yubiley sərgisi...

15 Iyul-20 Iyul, 2016

Keçirilmiş

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə iyulun 15-də  Azərbaycan Milli Incəsənət Muzeyində Xalq rəssamı Vidadi Nərimanbəyovun 90 illik yubileyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisi keçirildi.

Sərgidə rəssamın Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və ailə kolleksiyasında saxlanılan əsərləri təqdim edildi. Vidadi Nərimanbəyovun illər öncə yaratdığı və indiyədək geniş tamaşaçı kütləsi qarşısında heç vaxt nümayiş etdirilməyən bir neçə əsəri də bu sərgidə nümayiş etdirildi.

Vidadi Yaqub-Fərman oğlu Nərimanbəyov 1926-cı ildə Fransanın Kann şəhərində anadan olmuşdur. Rəssamlıq təhsilini Ə.Əzimzadə adına Bakı Rəssamlıq Texnikumu, V.Muxina adına Sankt-Peterburq (keçmiş Leninqrad) Ali Rəssamlıq Sənaye Məktəbi və Tbilisi Rəssamlıq Akademiyasında almışdır.

"Nədir günahımız?", "Düşmənin sevinci...", "Yolda" və s. əsərləri onu özünəməxsus dəsti-xətti ilə seçilən, istedadlı rəssam kimi məşhurlaşdırmışdır. 1977-ci ildə Bakıda keçirilən fərdi sərgisində Ümummilli lider Heydər Əliyev şəxsən iştirak etmiş, onun yaradıcılığına qiymət vermişdir. V.Nərimanbəyov təkcə Azərbaycanda deyil, eyni zamanda keçmiş SSRİ respublikalarında, Bolqarıstan, Rumıniya, Əlcəzair, Finlandiya, Çexiya, Macarıstan kimi dünyanın 20-dək xarici ölkəsində fərdi yaradıcılıq sərgilərini təşkil edərək, ölkəmizin incəsənətini təbliğ etmişdir. Rəssamın əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, Moskva Dövlət Tretyakov Qalereyasında, MDB və Avropa ölkələrinin muzeylərində saxlanılır.

V.Nərimanbəyov 1972- ci ildə Qrekov adına Qızıl medalla təltif olunmuş, 1982-ci ildə Azərbaycan Xalq Rəssamı fəxri adına layiq görülmüşdür. 1972-1986-cı illərdə Azərbaycan Rəssamlar İttifaqında məsul vəzifələrdə çalışmışdır. 2001-ci ildə "Şöhrət" ordeninə layiq görülmüşdür.

Vidadi Nərimanbəyov 2001-ci ildə vəfat edib.

Son Sərgilər

AMIM-in Koronavirusla Mübarizə Fonduna d...

Ətraflı...

Muzeydə qabaqlayıcı və operativ tədbirlə...

Ətraflı...

Zeynəb Nəcəfzadənin fərdi sərgisi ...

Ətraflı...

Novruz gəlir, Yaz gəlir...

Ətraflı...