Əkbər Behkəlamın "Qaçma yolları" yaradıcılıq sərgisi...

27 Noyabr-30 Noyabr, 2015

Keçirilmiş

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşəbbüsü ilə Almaniyada yaşayan soydaşımız, tanınmış rəssam və heykəltaraş Əkbər Behkəlamın fərdi yaradıcılıq sərgisi keçirilmişdir

Əkbər Behkəlam 1944-cü ildə Təbrizdə anadan olmuşdur. 1961-1964-cü illərdə Təbriz İncəsənət Məktəbində ilk rəssamlıq təhsilini almışdır. Daha sonra İstanbulda Memar Sinan adına Gözəl Sənətlər Universitetində Bədri Rəhmi Eyyuboğlunun sinfində təhsilini davam etdirmişdir. 1972-1974-cü illərdə yeni yaradıcılıq axtarışları ilə bağlı Avropanın Paris, Frankfurt, Roma və Berlin şəhərlərində yaradıcılıqla məşğul olub. 1974-cü ildə İrana qayıdan rəssam, 1976-cı ilədək Təbrizdə İncəsənət Məktəbində müəllim kimi çalışıb. 

Əkbər Behkəlam Almaniyanın Berlin və Brandenburq şəhərlərində yaradıcılıq fəaliyyətini davam etdirib. Onun əsərləri əsasən siyasi mövzularla bağlıdır. Yaradıcılığının erkən dövründə yeni Avropa realizminin və İran miniatür rəngkarlığının təsiri ilə əsərlər yaradan rəssamın, tablolarında daha sonralar şərtiliyə, simvolizmə güclü meyl müşahidə edilir. Onun əsərləri güclü rəng çalarları, dinamik ekspressiya, hərəkət və hadisələrə fəlsəfi baxışı ilə səciyyələnir. Məhsuldar yaradıcılığı ilə seçilən rəssamın əsərləri Tehran, Almaniyanın bir çox şəhərlərində, Los-Anceles, Braziliya, İstanbul, Kosovo, Slovakiyanın Brateslava və bir çox ölkələrin muzey və qalereyalarında çox uğurla numayış olunmuşdur. 

Rəssamın Azərbaycanda keçirilən ilk fərdi sərgisində 27 rəsm əsəri - “Günəş həsrəfi”, “Günorta bürküsü”, “Batan qayıq”, “Faciəni nəzərə alaraq”, “İnsan mənzərələri” və digər nümunələri sənətsevənlərin ixtiyarına verilmişdir.

Son Sərgilər

AMIM-in Koronavirusla Mübarizə Fonduna d...

Ətraflı...

Muzeydə qabaqlayıcı və operativ tədbirlə...

Ətraflı...

Zeynəb Nəcəfzadənin fərdi sərgisi ...

Ətraflı...

Novruz gəlir, Yaz gəlir...

Ətraflı...