Russian Avant-Garde...

10 İyun-29 İyun, 2015

Keçirilmiş

Azərbaycan Milli İncəsənət Muzeyi təsviri incəsənətin zəngin kolleksiyasına malikdir. Onlardan XX əsrin əvvəllərinə aid 50-ə yaxın rus avanqardistlərinin kolleksiyası muzeyin qiymetl eksponatlarındandır. Muzeydə təşkil olunmuş sərginin ekspozisiyasında "Mir İskusstva", "Soyuz russkix xudojnikov, "Bubnovıy valet" və s. qruplaşmaların tanınmış nümayəndələrinin 40-a yaxın boyakarlıq və qrafik əsərləri nümayiş etdirilir.  "Bubnovıy valet" birliyinin rəssamlarından P.P. Koncalovskinin "Şam meşəsi", İ.İ. Maşkovun "Natur-morte"(Yığışdırılmamış mas), A.V. Lentulovun "Uspen baş kilsəsinin günbəzləri", A.V. Kuprinin "Natürmort", "Qolubaya roza" avanqard qruplaşmasının üzvləri P.V. Kuznetsovun "Bostan", P.S. Utkinin "Zəngçiçəkləri" əsəri, rəngkarlıqda qatı novatorlar asosasiyasının üzvləri A.D. Drevin, V.V. Kandinski, suprematizmin əsasını qoymuş L.M. Lisitski kimi rəssamların əsərləri nümayiş etdirilir. V.V. Kandinskinin "Cütlük", "Fayton ile mənzərə", A.D. Drevinin "Qadın portreti", F. Botkinin "Zolaqlı qadın", V.P. Belkinin "Akrobat qız", L. Zuppermanın "Kubizm" əsərləri ekspozisiyaya daxil edilmişdir. Rus incəsənəti tarixində renessans adlandırılan XX əsrin əvvəllərindəki bu dövr avanqard incəsənətin yaranmasına gətirib çıxaran amillərin bədii əksidir. “Rus Avanqardı XX əsr incəsənətinin fenomeni” adlı sərgi iyun ayının 10-dan 30-dək Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi 11-13 ünvanında nümayiş etdirilir.

 

 

Son Sərgilər

Şanlı vətən...

Ətraflı...

"Zamanın pillələri ilə"...

Ətraflı...

Mədəni sərvətlərin qorunması mövzusunda ...

Ətraflı...

Milli Müstəqilik Günü ...

Ətraflı...