Rus rəssamı Aleksandr Xarşakın yaradıcılıq sərgisi...

05 May-12 May, 2015

Keçirilmiş

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü  ilə 5 may 2015-ci il tarixində görkəmli rus rəssamı, Leninqrad şəhəri uğrunda gedən döyüşlərin iştirakçısı Aleksandr Xarşakın fərdi yaradıcılıq sərgisi keçirilir. 

Sərgini muzeyin direktoru Çingiz Fərzəliyev açıq elan etdikdən sonra, Aleksandr Xarşakın yaradıcılığı barədə məlumat verib. Bildirilib ki, faşizm üzərində Qələbənin 70 illiyi münasibətilə açılmış sərgidə rəssamın müharibə mövzusuna həsr etdiyi 30 əsəri nümayiş olunur.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva isə Leninqrad şəhəri uğrunda gedən döyüşlərin iştirakçısı olan Aleksandr Xarşakın Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 70 illiyi ərəfəsində fərdi sərgisinin Bakıda açılmasını yüksək qiymətləndirib. Qeyd olunub ki, görkəmli rəssam əsərlərinin aktuallığına görə təkcə öz ölkəsində yox, bütün dünyada tanınır.

Bildirilib ki, Aleksandr Xarşak “Qırmızı əmək ordeni”, “Böyük Vətən müharibəsi”, “Qırmızı ulduz” və bir çox medallarla təltif olunub. 1975-ci ildə Rusiya Federasiyasının Əməkdar Rəssamı adına layiq görülüb. 1989-cu ildə isə əbədiyyətə qovuşub.

Görkəmli rəssamın oğlu Andrey Xarşak çıxış edərək, sərginin açılışına görə minnətdarlığını bildirdi. 

Rəssamın 1941-ci il. Cəbhəyə”, “Düşərgənin sonu”, “Şəhər-Qala”, “Leninqradlılar”, “Kəşfiyyata”, “Yırtıcının sonu”, “Atəş”, “Berlinə”, “Qayıdış” kimi əsərləri sənətsevərlər tərəfindən maraqla qarşılandı.

Son Sərgilər

AMIM-in Koronavirusla Mübarizə Fonduna d...

Ətraflı...

Muzeydə qabaqlayıcı və operativ tədbirlə...

Ətraflı...

Zeynəb Nəcəfzadənin fərdi sərgisi ...

Ətraflı...

Novruz gəlir, Yaz gəlir...

Ətraflı...