Qeyri-adi sərgi - "Metamorfoz"...

18 Aprel-24 Aprel, 2015

Keçirilmiş

Aprel ayının 18-də Azərbaycan Milli İncəsənət Muzeyində Mənzər Hacıyeva və Nərminə Vəliyevanın “Metamorfoz” adlı birgə layihələrinin təqdimatı keçirildi. Sərgidə 20 geyim modeli və 15 rəsm əsəri nümayiş olunub.

Qeyd edək ki, iki gənc istedadlı xanım öz proyektlərində qadınların hiss və duyğularını əks etdiriblər. Dizayner Mənzər Hacıyeva öz geyimləri ilə xanımların dəyişən obrazlarını həyatın müxtəlif etaplarında göstərməyə çalışıb. Rəssam Nərminə Vəliyeva əsərlərində Orxoz qadınlar təsvir edib. Orxoz qədim yunan sözü olub və tərcümədə yumurta deməkdir. Bu da qadınların həyatın başlanğıcı, yeni doğuluş, həyat simvolu olmasına işarə edir. Əsərlərdə qadın hissələrinin, duyğularının müxtəlif çalarları əks edilib.

Təqdimat mərasimi qonaqlar tərəfindən maraqla qarşılanıb.

Məlumat üçün bildirək ki, Mənzər Hacıyeva New York Universitetinin məzunudur. Gənc dizayner moda sahəsində artıq bir çox ölkələrdə tanınır. O Mixail Kors, Lanvin, Zak Posen, Narçiso Radriqes kimi məşhur dizaynerlərin studiyalarında çalışıb.

Nərminə Vəliyeva Azərbaycan Rəssamlıq Akademiyasının məzunudur. Beynəlxalq Uşaq Yaradıcılıq Fondunun Rəyasət Heyətinin üzvüdür. Bir çox beynəlxalq rəsm müsabiqələrinin qalibi olan Nərminə alman rəssamları Stephan Gesler, İnqa Şmit tərəfindən dərslər alıb. Sərgiləri Amerika, Almaniya, İtaliya və bir çox ölkələrdə keçirilib. Əsərləri bir çox şəxsi kolleksiyalarda saxlanılır. Gənc rəssam Nərminə Vəliyevanın yaradıcılığı barədə iki sənədli film çəkilib. Aprel ayında Nərminə Vəliyevanın əsəri Amerikada ipone və ipad qablarında yerləşdirilib.

Son Sərgilər

AMIM-in Koronavirusla Mübarizə Fonduna d...

Ətraflı...

Muzeydə qabaqlayıcı və operativ tədbirlə...

Ətraflı...

Zeynəb Nəcəfzadənin fərdi sərgisi ...

Ətraflı...

Novruz gəlir, Yaz gəlir...

Ətraflı...