Görüş Nurəddinoğlunun fərdi yaradıcılıq sərgisi...

19 Dekabr-26 Dekabr, 2014

Keçirilmiş

Dekabrın 19-da Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Rəssamlar İttifaqı və “Kristall Plus”un birgə təşəbbüsü ilə Əməkdar rəssam Görüş Nurəddinoğlunun fərdi yaradıcılıq sərgisi keçirilir. Sərgidə rəssamın 100-dən artıq heykəltəraşlıq, boyakarlıq və qrafik əsəri nümayiş olunacaq.
Görüş Nurəddinoğlu (Babayev) 1943-cü ildə Bakıda görkəmli ziyalı, yazıçı-jurnalist Nurəddin Babayevin ailəsində anadan olub. Böyüdüyü mühit onu erkən yaşlarından incəsənət aləminə gətirib. Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunda, daha sonra Sankt-Peterburq Rəssamlıq Akademiyasında təhsil alıb. Bakıya qayıdaraq Xalq rəssamı Ömər Eldarovun yaradıcılıq emalatxanasında heykəltəraşlığın sirlərini öyrənməkdə davam edib.
Görüş Nurəddinoğlu təsviri sənətin heykəltəraşlıq növünün müxtəlif janrlarında fəaliyyət göstərməklə yanaşı, rəngkarlıq və qrafika sahəsində də öz sözünü deyib. Yaradıcılığında tarixi şəxsiyyətlərə həsr olunmuş portret-heykəllər xüsusi yer tutur. Dədə-Qorqud, Nizami Gəncəvi, Mirzə Şəfi Vazeh və Atatürkün heykəlləri çoxkompozisiyalı plastik həllinə görə sənətkar münasibətinin obrazlı ifadəsidir.

Son Sərgilər

AMIM-in Koronavirusla Mübarizə Fonduna d...

Ətraflı...

Muzeydə qabaqlayıcı və operativ tədbirlə...

Ətraflı...

Zeynəb Nəcəfzadənin fərdi sərgisi ...

Ətraflı...

Novruz gəlir, Yaz gəlir...

Ətraflı...