"İsti və soyuq" şüşə və çini məmulatlar sərgisi...

26 Noyabr-10 Dekabr, 2014

Keçirilmiş

26 noyabr 2014-cü il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Mərkəzi Avropa Beynəlxalq Mədəniyyət Siyasəti Platforması, Çex Respublikasının sədrliyi ilə Avstriya, Çex, Macarıstan, Polşa və Slovakiya Respublikasının platformasındakı aktiv üzvləri “İsti və Soyuq” adlı müasir şüşə və çini dizayn sərgisini təqdim edir.

Platformanın əsas məqsədi iştirakçı ölkələr: Mərkəzi Avropa, Avropa Şurası ilə yanaşı, eyni zamanda onun sərhədləri kənarında informasiya və mədəni həyat məlumatlarını yaymaqdır. Bu məqsədlə platformanın əsası qoyulandan Avropa İttifaqı Soveti sədrlərinin paytaxlarında keçirilən iki əsas illik yığıncaqlarda 50-ə yaxın layihə qəbul olunmuşdur.

Keçirilən sərginin məqsədi Avropa İttifaqı hüdudlarından kənarda Mərkəzi Avropanın ümummədəni xüsusiyyətlərini göstərmək, ictimaiyyətin müxtəlif mədəni layihələrini təqdim etməkdir. Sərgidə Avropada ənənəvi şüşə və çini istehasalı satışı ilə məşğul olan 5 ölkənin içki üçün şüşə və çini qabları nümayiş olunur. Eyni zamanda tanınmış iri istehsalçılarla yanaşı, müasir şüşə və çini məhsullarının istehsalının geniş imkanlarını göstərmək üçün, dizanyner studiyalarının işləri də sərgilənir.

Son Sərgilər

AMIM-in Koronavirusla Mübarizə Fonduna d...

Ətraflı...

Muzeydə qabaqlayıcı və operativ tədbirlə...

Ətraflı...

Zeynəb Nəcəfzadənin fərdi sərgisi ...

Ətraflı...

Novruz gəlir, Yaz gəlir...

Ətraflı...