Əməkdar rəssam Arif Ələsgərovun 70 illik yubiley sərgisi...

17 Oktyabr-21 Oktyabr, 2014

Keçirilmiş

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar rəssam Arif Ələsgərovun anadan olmasının 70 illik yubileyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisi keçirilir.

Arif  Məmmədhüseyn oğlu Ələsgərov 1944-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, 1964-cü ildə Ə.Əzimzadə adına rəssamlıq məktəbini, 1972-ci ildə V.İ.Muxina adına Sankt-Peterburq Ali Bədii-Sənaye Akademiyasını bitirib. 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Əməkdar rəssam, professor Arif Ələsgərov Azərbaycan rəssamlıq məktəbinin inkişafına və təbliğinə böyük töfhələr vermiş, qrafika və rəngkarlıq sahəsində özünəməxsus dəsti-xətt ilə tanınmışdır. Yaradıcılığında milli və ədəbi irsin, türkçülük ideyaların və qədim ənənələrin sadiq təbliğatçısı kimi çıxış edən rəssam təkrarsız  üsluba malikdir. Fərdi qrafik üslubu olan rəssamın dəzgah qrafikasının leytmotivini Abşeron, Bakı və bakılılar təşkil edir. Rəssamın qrafik löhvələri üçün şərti ifadə tərzinin bədii estetikliyini saxlamaq, onu yüksək bədii səviyyədə təqdim etmək xarakterikdir.

2000-ci illərdə rəssamın yaradıcılığında dekorativ şərti başlanğıca meyl daha da güclənir, konkret motivlərin ümumiləşdirilməsi və əsərlərində lirik obrazlığa nail olmaq cəhdi üstünlük təşkil edir.

O, həm də “Estamp tarixi və Ofort”(2001) və “Dizaynda kompozisiya”(2003) adlı kitabların müəllifidir.

Arif Ələsgərov 1972-ci ildən etibarən respublika, ümumittifaq və beynəlxalq sərgilərdə mütəmadi olaraq iştirak edərək, bir çox mükafatlara layiq görülmüşdür.

Əsərləri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi fondu, Azərbaycan Milli İncəsənət Muzeyi və Moskva Dövlət Şərq Xalqlarının İncəsənəti Muzeyində, Parisdə Azərbaycan Səfirliyində, eləcə də, Polşa, Macarıstan, İtaliya, Amerika. İngiltərə, Finlandiya, Almaniya, Lüksemburq, Norveç, Türkiyə və Azərbaycanda şəxsi kolleysiyalarda saxlanılır.

2008-ci ildən Türkiyənin Karadeniz Texnik Universitetində Rəssamlıq fakültəsinin professoru və kafedra müdiridir.

Sərginin açılışı 17 oktyabr 2014-cü il tarixində saat 18.00-da Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi 11 ünvanında keçirilir və 21 oktyabr tarixinədək davam edəcəkdir.

Son Sərgilər

AMIM-in Koronavirusla Mübarizə Fonduna d...

Ətraflı...

Muzeydə qabaqlayıcı və operativ tədbirlə...

Ətraflı...

Zeynəb Nəcəfzadənin fərdi sərgisi ...

Ətraflı...

Novruz gəlir, Yaz gəlir...

Ətraflı...