Şaraku müasir yapon rəssamların interpretasiyasında...

24 Sentyabr-12 Oktyabr, 2014

Keçirilmiş

24 sentyabr Azərbaycan Milli İncəsənət Muzeyində Yaponiyanın Azərbaycandakı Səfirliyi və Yaponiya Fondunun birgə təşəbbüsü ilə Toşusai Şarakunun yaradıcılığına həsr olunmuş  “Şaraku Yaponiyanın müasir rəssamların interpretasiyasında” adlı sərgi keçirilir.

Təqdim edilən sərgi “Şarakunun reproduksiyaları”, “Şaraku qrafik incəsənətdə” və “Şarakuya ehtiram” adlı 3 hissədən ibarətdir. Sərgi 28 yapon qrafik dizaynerin  və 11 rəssamın, 200 il bundan əvvəl Edo şəhərində (indiki Tokio) fəaliyyət göstərən ukiyo-e qravür janrının dahi rəssamı Toşusai Şarakunun işləri üzərində keçirtdiyi bir sınaqdır.

Sərgidə Şarakunun davamçılarının sərbəst interpretasiyasında hazırlanmış 81 sayda poster, rəsm və iri-ölçülü sənət əsərləri nümayiş olunur.

Sərgi oktyabr ayının 12-dək davam edəcək.

Son Sərgilər

AMIM-in Koronavirusla Mübarizə Fonduna d...

Ətraflı...

Muzeydə qabaqlayıcı və operativ tədbirlə...

Ətraflı...

Zeynəb Nəcəfzadənin fərdi sərgisi ...

Ətraflı...

Novruz gəlir, Yaz gəlir...

Ətraflı...