İnna Kostina və gürcü fırça ustası Liya Şvelidzenin sərgisi...

24 Aprel-04 May, 2014

Keçirilmiş

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü ilə rəssam İnna Kostina və gürcü rəssamı Liya Şvelidzenin əsərlərindən ibarət “Xətt və boya” adlı sərgisi keçirilir.

Azərbaycanın istedadlı və çoxşaxəli yaradıcılıq diapazonuna malik tanınmış rəssamlarından biri olan İnna Kostina 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. Hələ uşaqlıqdan rəsmə olan böyük həvəsi onu 1980-ci ildə Moskva İncəsənət Texnikomunun rəngkarlıq fakültəsinə gətirir. 1984-cü ildə texnikomu müvəffəqiyyətlə bitirərək, 1984-89-cu illərdə Moskva Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitunun Bədii film və Televiziya üzrə quruluşçu rəssam fakültəsində təhsilini davam etdirir.

O, hal-hazırda Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Kinomatoqraçılar İttifaqının üzvüdür.

Çoxcəhətli yaradıcılığa və istedada malik olan rəssam Prezident təqaüdçüsü və bir çox yerli və xarici müsabiqələrin laureatı və diplomçusudur.

İnna Kostina Azərbaycanda və xarici ölkələrdə keçirilən 250-dən artıq sərginin iştirakçısıdır. 1994-2011-ci illər ərzində rəssamın əsərləri Bakı, Qazaxıstan, İtaliya, Almaniya, Türkiyə, Gürcüstan, Norveçin ən tanınmış muzey və qalereyalarında nümayiş etdirilmiş, bir çox mükafat və qrantlara layiq görülmüşdür.

1996-cı ildən “7 əlvan kəpənək” uşaq incəsənət studiyasının yaradıcısı və rəhbəridir. Rəssamın əsərləri hal-hazırda Azərbaycan Milli İncəsənət Muzeyində, Müasir İncəsənət Muzeyində, Rusiyanın Tomsk Vilayət İncəsənət Muzeyində, Gürcüstanın “Old Gallery” və “Karvasla Muzey Mərkəzi”ndə, İtaliyanın “II Leone İncəsənət Mərkəzi”ndə, eyni zamanda Azərbaycan və 25-dən artıq xarici ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.

Liya Şvelidze məşhur rəssam Bedjan Şvelidzenin ailəsində doğulmuşdur. O, Gürcüstan Rəssamlıq akademiyasınında rəssamlıq təhsili almış, 1980-ci ildən başlayaraq onun əsərləri bir neçə ölkələrdə nümayiş olunmuşdur. Məşhur gürcü avanqardistlərinin “Marjanaşvili Studio” qrupunun fəal üzvü kimi Almaniya, Rusiya, Estaniya və bir çox ölkəlrdəki sərgilərdə iştirak etmişdir. 1990-ci illərdə ölkəsindəki ağır siyasi və sosial çətinliklərə baxmayaraq, o, sərgi fəaliyyətini davam etdirmişdir. Onun yaradıcılıq üslubundakı abstraksionizm-ekspressionizm dəyişərək yeni məzmun daşımışdır. L. Şvelidzenin əsərlərində əsas mövzü bütün zamanların əsas qəhrəmanı olan qadın obrazıdır.

Sərgi 24.04.2014-cü il tarixində saat 18.00-da muzeyin Niyazi 11 ünvanında yerləşən binasında keçirilir və 10 gün müddətində (24.04.2014-04..05.2014) davam edəcəkdir.

Son Sərgilər

AMIM-in Koronavirusla Mübarizə Fonduna d...

Ətraflı...

Muzeydə qabaqlayıcı və operativ tədbirlə...

Ətraflı...

Zeynəb Nəcəfzadənin fərdi sərgisi ...

Ətraflı...

Novruz gəlir, Yaz gəlir...

Ətraflı...