Xalq rəssamı Tağı Tağıyevin 95 illik yubiley sərgisi...

29 Mart-05 Aprel, 2013

Keçirilmiş

Martın 29-da Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Tağı Tağıyevin 95 illiyinə həsr olunmuş yubiley sərgisi keçirilib. 

Tağı Tağıyev 1917-ci ildə Bakı şəhərində anadan olmuşdur. Hələ kiçik yaşlarından rəsmə olan böyük həvəsi onu Ə.Əzimzadə adına Rəssamlıq Texnikumuna gətirir. Texnikumu bitirdikdən sonra gənc rəssam portret və tematik əsərlər üzərində çalışır. Orijinal və özünəməxsus dəst-xəttinə malik olan T.Tağıyevin portretlərinin obrazlılığı və mükəmməlliyi Azərbaycan təsviri sənətində onu görkəmli portret ustası kimi tanıtmışdır. Onun xalq qəhrəmanı Koroğluya həsr etdiyi “Koroğlunun portreti”, “Gənc qadın portreti”, “İmtahan qarşısında”, sənət dostları K.Xanlarova, M.Rəhmanzadəyə, S.Bəhlulzadəyə həsr etdiyi əsərlərin hər biri öz fərdiliyi, daxili aləmi ilə maraqlıdır. T.Tağıyev nəinki portret janrında, eyni zamanda maraqla izlənən mənzərə, tematik tabloların müəllifidir. Bu əsərlərində o, doğma diyarın təbiətini, insanları böyük məhəbbətlə vəsf edir. T.Tağıyevin əsərləri bir çox respublika, keçmiş ittifaq və xarici ölkələrin Moskva, Kiyev, Qahirə, Dəməşq, Beyrut, Dakar, Praqa, Sofiya, Berlin, İstanbul, Monreal və s. şəhərlərin tanınmış muzey və sərgi salonlarında nümayiş etdirilmiş, tamaşaçıların və mütəxxəssislərin böyük marağına səbəb olmuşdur. Azərbaycanın Xalq rəssamı Tağı Tağıyevin 1993-cü ildə 77 yaşında Bakı şəhərində vəfat etmişdir.

 

Son Sərgilər

“Güllələnmiş heykəllər” ziyarət olunub...

Ətraflı...

Muzeyə dönüş!...

Ətraflı...

Milli İncəsənət Muzeyinin media üçün məl...

Ətraflı...

AMIM-in Koronavirusla Mübarizə Fonduna d...

Ətraflı...