Müqayisəli Yaponiya: Müasir Yapon Memarlığı 1996-2006 sərgis...

24 Yanvar-20 Fevral, 2013

Keçirilmiş

Azərbaycan Milli İncəsənət Muzeyi ölkəmizdəki Yaponiya səfirliyi ilə sıx əlaqələr yaratmış, bu dostluq əlaqələrinin nəticəsi olaraq səfirlik Azərbayca n Respublikasının Mədəniyyət və Turizim Nazirliyi və “Yaponiya Mədəniyyət Fondu”nun xətti ilə muzeydə mütəmadi sərgilər təşkil edir. 

1972-ci ildə təsis edilmiş yaponiya fondu Yaponiya haqqında digər ölkələrin insanlrına onun mədəniyyəti, incəsənəti barədə geniş məlumat vermək, dünya millətləri arasında qarşılıqlı anlaşma və dostluq əlaqələri yaratmaq məqsədi ilə müxtəlif fəaliyyət proqramları həyata keçirir. 

2012- ci ildə Azərbaycan-Yaponiya diplomatik əlaqələrin yaranmasının 20 illiyinə həsr edilmiş “Budo ruhu, döyüş sənətinin tarixi” adlı, bu il isə “Müqayisəli Yaponiya:Müasir Yapon Memarlığı 1996-2006” sərgisi Yaponiya fondu tərəfindən Azərbaycan tamaşaçılarına təqdim olunur. 

Yaponiyanın memarlıq mədəniyyətini təsvir edən bu sərgi ilk dəfə Tokio Metropoliten Fotoşəkil Muzeyində açılmış, daha sonra isə dünya turuna çıxarılaraq Braziliya, İtaliya, Yunanıstan, ABŞ, İran və s. müxtəlif ölkələrdə 30 dan artıq sərgidə nümayiş olunmuşdur. “Müqayisəli Yaponiya” sərgisi 10 illər boyunca ölkədə və xaricdə Yapon memarları tərəfindən tərtib edilmiş binaları nəzərə çatdırır. Bu illər ərzində XX əsr şəhərsalma siyasəti genişlənən şəhər modelindən, XXI əsr davamlı şəhər modelinə istiqamətlənmiş, yeni dəyərlər yaranmış, qədim irsin yeni elementlərinin effektiv şəkildə tədbiqinə nail olunmuşdur. 

Sərgi 4 tematik: şəhər, həyat, mədəniyyət və yaşayış dövrləri bölmələri vasitəsi ilə memarlıq səylərini müqayisə etməyə dəvət edir. 

Sərgidə muzeyə dəvət olunmuş Yaponiya Mədəniyyət Fondunun mütəxəsisləri tərəfindən elmi araşdırmalar aparılmış, 400-aə yaxın əsərlərdən 17 çini və keramika nümunələri də ekspozisiyaya daxil edilmişdir. Bunlardan XVIII əsr Edo dövrünə aid bulud, bərbər boşqabı, XIX əsrin sonu XX əsrin əvvəli Meyci-Tayşo dövrü çay dəsti, güldan, vaz, dairəvi boşqab, XIX əsrə aid dekorativ bulud, güldan və s. nümayiş olunur.

Əmin edirik ki, belə tədbirlər iki dost Yaponiya və Azərbaycan xalqları arasında siyasi və mədəni əlaqələrin möhkəmlənməsində və xalqların bir-birini daha yaxından tanımasında mühüm rol oynayacaqdır. 

Sərginin açılışı 24 yanvar saat 17.00-da Azərbaycan Milli İncəsənət muzeyinin Niyazi küç., 11 ünvanında yerləşən binasında keçirilir və 20 fevrala qədər davam edəcək.

 

Son Sərgilər

AMIM-in Koronavirusla Mübarizə Fonduna d...

Ətraflı...

Muzeydə qabaqlayıcı və operativ tədbirlə...

Ətraflı...

Zeynəb Nəcəfzadənin fərdi sərgisi ...

Ətraflı...

Novruz gəlir, Yaz gəlir...

Ətraflı...