Bir gəncin gözü ilə Kıbrıs...

02 Fevral-02 Fevral, 2013

Keçirilmiş

Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində Mahmudov İsmayıl Pariz oğlunun foto rəsmlərindən ibarət “Bir gəncin gözü ilə Kıbrıs” adlı foto sərgi təşkil olunmuşdur. Ekspozisiyada müəllifin 40 foto əsəri nümayiş olunur.

2012-ci ildən fəaliyyətə başlayan Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin əsas məqsədi Şimali Kipr Türk Cumhuriyyətində yaşayan azərbaycanlılar və digər türkdilli xalqlar arasında əlaqələrin yaradılması və eyni zamanda  Azərbaycan mədəniyyətini, folklorunu, milli adət-ənənələrini, tarixi abidələrini təbliğ etməkdən, hər iki ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarında təhsil alan gənclərin elmi məqalələrinin genişləndirilməsinə yardım göstərməkdən ibarətdir. Bu gənclərdən biri olan İsmayıl Mahmudovun Kıbrısa aid çəkdiyi rəsmlər Cəmiyyət tərəfindən yüksək dərəcədə hazırlanaraq sərgi formasına salmışdır.

Mahmudov İsmayıl Pariz oğlu 1994-cü il 16 iyulda Gürcüstan Respublikasının Marnueli şəhərində anadan olmuş, 2011-ci ildə Bakı şəhərinin Xətai rayonundakı 58 saylı orta məktəbi bitirərək, 2012-ci ildə Doğu Akdeniz Universitetinə daxil olmuşdur. Hal-hazırda təhsilini Biznesin idarə edilməsi fakültəsində davam etdirir.

Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin ilk layihəsi olan “Bir gənc gözü ilə Kıbrıs” adlı sərginin 28 may tarixində Belçikda, iyunda Moskvada və Sankt-Peterburqda, iyulda isə Fransada keçirilməsi nəzərdə tutulmuşdur.

Azərbaycanda təşkil olunmuş İsmayıl Mahmudovun bu ilk sərgisi 2 fevral Gənclər Gününə həsr olunmuşdur.

Sərginin açılışı 1 fevral 2013-ci il tarixində saat 12.00-da Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi 11 ünvanında yerləşən binasında keçiriləcəkdir.

Sərgi bir gün davam edəcək.
  

Son Sərgilər

“Güllələnmiş heykəllər” ziyarət olunub...

Ətraflı...

Muzeyə dönüş!...

Ətraflı...

Milli İncəsənət Muzeyinin media üçün məl...

Ətraflı...

AMIM-in Koronavirusla Mübarizə Fonduna d...

Ətraflı...