"Zaman, şəxsiyyət, portretlər" sərgisi...

04 Oktyabr-31 Oktyabr, 2012

Keçirilmiş

Ekspozisiyada Azərbaycanın görkəmli rəssamları S.Salamzadənin “Qurban Primovun  portreti”, “Sidqi Ruhullanın portreti”,Sadıq Şərifzadənin “Məhəmməd Füzuli və Nəsimi” portret  əsərləri,Nəcəfqulu İsmaylovun “Fətəli xan” və  diqər əsərlər  Azərbaycan  tarixində  və mədəniyyətində  görkəmli rol oynamış  tarixi şəxsiyyətlərə  həsr olunmuşdur. Bundan başqa  sərgidə Xalq rəssamları Tağı  Tağıyev, Vəcihə Səmədova ,Toğrul Sadıqzadə, Oqtay  Sadıqzadənin portret  əsərləri də nümayiş olunur. Bununla  yanaşı  Xalq  rəssamları  Tahir Salahov ,Toğrul Nərimanbəyov, Səttar Bəhlulzadənin  mənzərələri, tematik tabloları, portret əsərləri  nümayiş olunur. Sərgidə görkəmli heykəltəraşlar Ömər Eldarov, Fuad Salayev, Cəlal Qaryağdının və digər tişə ustalarının əsərləri də yer almışdır.

Son Sərgilər

AMIM-in Koronavirusla Mübarizə Fonduna d...

Ətraflı...

Muzeydə qabaqlayıcı və operativ tədbirlə...

Ətraflı...

Zeynəb Nəcəfzadənin fərdi sərgisi ...

Ətraflı...

Novruz gəlir, Yaz gəlir...

Ətraflı...