İnna Kostinanın yaradıcılıq sərgisi...

28 Sentyabr-05 Oktyabr, 2012

Keçirilmiş

28 sentyabr 2012-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində rəssam İnna Kostinanın fərdi sərgisi keçirilir.
Azərbaycanın istedadlı və çoxşaxəli yaradıcılıq diapazonuna malik tanınmış rəssamlarından biri olan İnna Kostina 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. Hələ uşaqlıqdan rəsmə olan böyük həvəsi onu 1980-ci ildə Moskva İncəsənət Texnikumunun rəngkarlıq fakültəsinə gətirir. 1984-cü ildə texnikumu müvəffəqiyyətlə bitirərək, 1984-1989-cu illərdə Moskva Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitutunun Bədii film və Televiziya üzrə quruluşçu rəssam fakültəsində təhsilini davam etdirir.

Hal-hazırda Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Kinomatoqrafçılar İttifaqının üzvüdür. Çoxcəhətli yaradıcılığa və istedada malik olan rəssam Prezident təqaüdçüsü və bir çox yerli və xarici müsabiqələrin laureatı və diplomçusudur. 

İnna Kostina Azərbaycanda və xarici ölkələrdə keçirilən 250-dən artıq sərginin iştirakçısıdır. 1994-2011-ci illər ərzində rəssamın əsərləri Bakı, Qazaxıstan, İtaliya, Almaniya, Türkiyə, Gürcüstan, Norveçin ən tanınmış muzey və qalereyalarında nümayiş etdirilmiş, bir çox mükafat və qrantlara layiq görülmüşdür. 1996-cı ildən “7 əlvan kəpənək” uşaq incəsənət studiyasının yaradıcısı və rəhbəridir. 

Rəssamın əsərləri hal-hazırda Azərbaycan Milli İncəsənət Muzeyində, Müasir İncəsənət Muzeyində, Rusiyanın Tomsk Vilayət İncəsənət Muzeyində, Gürcüstanın “Old Gallery” və “Karvasla Muzey Mərkəzi”ndə, İtaliyanın “II Leone İncəsənət Mərkəzi”ndə, eyni zamanda Azərbaycan və 25-dən artıq xarici ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır. 

Sərginin açılış mərasimi saat 17.00-da Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi küç., 9/11 ünvanında yerləşən binasında keçirilir.

 

Son Sərgilər

“Güllələnmiş heykəllər” ziyarət olunub...

Ətraflı...

Muzeyə dönüş!...

Ətraflı...

Milli İncəsənət Muzeyinin media üçün məl...

Ətraflı...

AMIM-in Koronavirusla Mübarizə Fonduna d...

Ətraflı...